Havva Taghizada

Havva Taghizada
@Avai
Arkadaşın olmadığı zamanlarda kitaplar arkadaşın olsun.
Tənqid zamanı nələrə qarşı diqqətli davran-ağımı tövsiyə edirsiniz? Birinci tövsiyəm budur ki, bu addımını tənqid etmək kimi deyil, rəy və münasibət bildirmək kimi təqdim et. Bu şəkildə xoş niyyətini ortaya qoymuş olarsan. Əks təqdirdə, tənqiddən heç kimin xoşu gəlmədiyi üçün dərhal tısbağa kimi qınına çəkilər. İkinci tövsiyəm budur ki, insanla vəziyyəti bir-birindən ayırmağa diqqət et. Yəni insanın şəxsiyyətinə deyil, edilən davranışa və onun nəticəsinə diqqət kəsilmək lazımdır.
Sayfa 75 - TeasPress Nəşriyyat·Kitabı okudu
Kitap Alıntısı
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Bax mənəvi müayinəmiz artıq başlamışdır və ilk diaqnozumuz ortaya çıxdı: tənqidə qarşı qapalı olmaq. İndi isə gəl bunu aradan qaldırmağın yolları barədə düşünək. Əvvəlcə deyim ki, bu təkcə sənin problemin deyil, dostum. İnsanların çoxunda tənqidə qarşı fobiya var. Hətta Sovet İttifaqının rəhbərlərindən olmuş Brejnev bir vaxtlar deyirdi ki, tənqid asanlıqla qəbul ediləcək şokolad deyil. Çox insan tənqiddən qorxur və onu şəxsiyyətinə qarşı təcavüz kimi qəbul edir. Əlbəttə ki, qərəzli, birbaşa şəxsiyyətə yönələn tənqid xoş deyil və belə tənqidə fürsət vermək lazım deyil. Amma sağlam tənqid inkişafın rəhnidir.
Sayfa 71 - TeasPress Nəşriyyat·Kitabı okudu
Kitap Alıntısı
Haqlısan, əksəriyyət dü yaxşı alınır! İndi isə son cümləndən – məsuliyyət beynini işlətməkdən qaçır. Çünki düşünmək insanın üzərinə daha çox məsuliyyət yükləyə bilər və çoxluq da bu yükü daşımaq istəmir, Məsuliyyət güclü insanların işidir. Məsuliyyətdən qaçanlar zəif insanlardır və bizim müzakirə mövzumuz onlar deyil. Mən güclü insanları – dəyişiklik etməyi qərara alan və bu dəyişikliklərdən yarana-caq hər cür məsuliyyətin altına girməyə hazır olan insanları nəzərdə tuturam. Dəyişmək istəməyənlər üçün həyatda sonsuz bəhanələr mövcuddur. Atalarımız demişkən, istəyən min imkan, istəməyən min bəhanə tapar. Mənəvi “check-up”, düşüncəni qıcıq-landıran suallar və ya buna bənzər müxtəlif üsullar dəyişiklik istəyənlər üçün minlərlə fürsət və imkanın çox cüzi bir hissəsidir. Sualının birinci hissəsi barədə isə deyə bilərəm ki, bəli, burada da haqlısan. İnsan bəzən özünə qarşı dürüst olmaya, bəzən də, sadəcə, bu suallara düzgün cavab tapmaqda çətinlik çəkə bilər. O zaman ətrafdakı təmiz aynaların köməyinə müraciət etməlidir.
Sayfa 70 - TeasPress Nəşriyyat·Kitabı okudu
Kitap Alıntısı
Ancaq məncə, bu suallar bəzən təsirli olmaya da bilər. Yəni deyək ki, bu suallar yaxşı suallardır. Bəs cavablar? Cavablarımız nə qədər dürüst və səmimi olacaq? Məncə, insan özünə qarşı çox zaman səmimi olmur və verdiyi yanlış cavablarla özü də hiss etmədən özünü aldadır. Bu barədə siz də demişdiniz ki, insan yalan uydurur və bu yalanın ilk müştərisi elə özü olur. Hətta bəzən insan məsuliyyətdən yayınmaq üçün, sadəcə, bu barədə düşünmək istəməyə də bilər. Elə deyilmi?
Sayfa 69 - TeasPress Nəşriyyat·Kitabı okudu
Kitap Alıntısı
Bu müayinə üsulunun mahiyyəti budur ki, hər bir insan davamlı şəkildə özünü, davranışlarını, düşüncələrini və onların nəticələrini araşdırmalı, təhlil etməli, öz-özünü sorğu-suala tutmalı, öz-özü ilə üzləşməlidir. Düşüncəmizi qıcıqlandıracaq bəzi düzgün suallar burada da köməyimizə çata bilər. Misal üçün, “mən kiməm, bu həyatda nə üçün yaşayıram, indi haradayam, həyatımdan və hazırda olduğum yerdən nə qədər razıyam? Hərəkətlərimi insanlar necə qarşılayır? Məni əhatə edən insanlar məndən nə qədər razıdır və onlara nə qədər xeyrim dəyir? Mən heç səhv edirəmmi? Edirəmsə, bu hansı səhvdir və bu cür səhvləri necə aradan qaldırmaq olar? Məni nə xoşbəxt edir? İnkişafıma nə mane olur? Həyatımda nəyi dəyişməliyəm? Yenidən dünyaya gəlsəydim, bu həyatı təkrar yaşamaq istəyərdimmi? Gələcəklə bağlı hansı məqsəd və planlarım var? 10 ildən, 20 ildən sonra harada olacağam? 20 ildən sonra dönüb geriyə baxanda, həyatı məhz belə yaşadığıma görə özümə haqq qazandıra biləcəyəmmi? Bu dünyanı tərk edəndən sonra məni xatırlayan olacaqmı və nəyə görə xatırlayacaqlar?" Və sairə... Gördüyün kimi, nə qədər faydalı sual yaratmaq mümkündür. Bu sualların sonu yoxdur. Ona görə də özünü sorğu-suala tutmaq istəyin və iradən olsa, bəsdir.
Sayfa 68 - TeasPress Nəşriyyat·Kitabı okudu
Kitap Alıntısı