Düşünən insan gördüyü hər şeydən və qarşılaşdığı hər hadisədən ibrət götürür. Ancaq onu adi gözlə görmək mümkün deyil. Bəsirət gözünü də işə salmaq lazımdır.
Yaxşı və yerində sual verdin, - dedi. - Sən danışarkən mənim də beynimdən eyni suallar keçirdi. Düzdür, bahar bir çiçəklə olmasa da, o bir çiçək baharın gəlişindən xəbər verə bilər. Necə ki, sən də yeni çiçəklərinlə hazırda bir yeniləşmə mərhələsinə qədəm qoymusan. Ancaq, həqiqətən də, dəyişilmək istəyirsənmi? Bu barədə ciddi və ətraflı düşünmüsənmi? Çünki dəyişiklik çox ciddi prosesdir və bundan sonrakı həyatının axarına təsir edəcək. Buna görə də bu addımı macəra xətrinə deyil, ciddi məqsədlə atmaq lazımdır.
Bir də ki, problemlərə əvvəlki kimi səthi yanaşmıram, hər şeyi dərindən təhlil etməyə çalışıram. Çox vaxt da görürəm ki, problem adlandırdığım şeylər, sadəcə, baş vermiş hadisələrdir və onları problem kimi görən mənim düşüncə tərzimdir. "Problem” adlandırdığım hadisəni o tərəfə-bu tərəfə çevirib müxtəlif bucaqlardan baxanda qarşıma tamamilə başqa şeylər çıxır.
Misal üçün, düşüncəndə və davranışlarında nə dəyişib? Xahiş edirəm, bunlardan danış.
Ən böyük dəyişiklik budur ki, hadisələrə və fikirlərə, sadəcə, özümün deyil, başqalarının gözü ilə də baxmağa başlamışam. Anladım ki, mənim həqiqətim həyatda yeganə həqiqət deyil. Vay o günə ki, həqiqət deyə inandığım yalan ola... Yalanla həqiqəti ayırmaq bəzən çətin olur. Bunu başa düşmək üçünsə başqalarının fikirlərinə müraciət etmək vacibdir, bax bunu dərk etdim.
Təəssüf ki, bu dediklərimə cəmiyyətimiz əhəmiyyət vermir. Ancaq bunlar başqa ölkələrdə hətta təşviq olunur. Misal üçün, yaponlar meşədə gəzintini çox sevirlər. Onlar meşədəki 40 dəqiqəlik yürüşün əhvali-ruhiyyənin yüksəlməsinə, gümrahlıq və sağlamlığın möhkəmlənməsinə xidmət etdiyinə inanırlar. Yaponiyada meşə terapiyasına “şinrin-yoku” deyirlər. Amerikalılar və ingilislər də meşə gəzintisini çox sevirlər. Elə Nyu-Yorkda, Londonda neçə nəhəng park var və oralarda gəzinti bizdəkindən fərqli olaraq pulsuzdur. İngilislər meşə gəzintisini "forest bathing" (“meşə vannası”) adlandırırlar. Fiziki və mənəvi sağlamlığını düşünürsənsə, sənə tez-tez bu bağa gəlib təmiz hava almağı tövsiyə edirəm.