Müasir insan özünü təbiətin ağası hesab edir. Ancaq anlamır ki, təbiətin ağası deyil, dostu olmalıdır, çünki o, təbiətdən kənarda dinclik və xoşbəxtlik tapa bilməz. Betonlar çoxaldıqca insan təbiətdən, təbiiliyindən və nəhayət, özündən uzaqlaşır. Qəlbi, düşüncələri, davranışları betonların arasında sıxılaraq boğulur, əzilir. İnsan təbiəti itirdikcə özünü də itirəcək. Çünki o, təbiətin bir parçasıdır, təbiətsiz ola bilməz. İnsan övladı təmizliyini, təravətini, gümrahlığını, rəngarəngliyini ancaq təbiətlə birlikdə olduğu zaman qoruya bilər.