Dövran ki, məni məzada saldı,
Bilmən kim idi satan, kim aldı.
Olsaydı mənim bir ixtiyarım,
Olmaz idi səndən özgə yarım.
Əsərdə xüsusi diqqəti çəkən problemlərdən biri də orta əsr qadınlarının hüquqsuzluğuna, kölə vəziyyətinə etiraz və usyandır. Əsərin qadın qəhrəmanı Leylinin dilindən deyilmiş sətirlərdir bu sətirlər :"Mən gövhərəm, özgələr xiridar, Məndə deyil ixtiyari-bazar."
Bu sətirlərdə, eləcə də Leylinin şama, pərvanəyə, aya, səbaya, buluda müraciətlərində şair qüvvətli bədii ümumiləşdirmə ilə qadının mənəvi azadlıq istəyini ifadə edir.