Deməli belə, bu gün kitabdan belə bir maraqlı hissə oxudum. Sən demə bir nəzəriyyəyə görə insanların ünsiyyət vasitəsi olan dil ilk başlarda təhlükələrin yerini bildirmək ehtiyyacı ilə yaransa da insan oğlunun “qeybət” ehtiyacını ödəmə istəyi onu inkişaf etdirib.
Buyurun həmin hissə:
“...Başqa bir nəzəriyyəyə görə, bizim unikal dilimiz dünya haqqında informasiya mübadiləsi vasitəsi olaraq inkişaf edib. Amma ən mühüm məlumat şirlər və öküzlər haqqında deyil, insanlarla bağlı olanlardır. Bu nəzəriyyəyə görə, dilimiz dedi-qodu vasitəsi kimi təkamül edib və Homo sapiens hər şeydən əvvəl sosial heyvandır. Sosial əməkdaşlıq - həyatda qalıb çoxalmağımız üçün böyük əhəmiyyət daşıyır. Kişi və qadın fərdlər üçün şirlərin, öküzlərin yerini bilmək kifayət deyil, qəbilədə kimin kimə nifrət etdiyini kimin kimlə yatdığını, kimin vicdanlı, kimin əliəyri olduğunu bilmək daha mühümdür.”