Aynur Nazirova

Aynur Nazirova
@Aynur_Nazirova
Sanqvinik insan)
Azərbaycan-Qəbələ
21 okur puanı
Haziran 2023 tarihinde katıldı
Şu anda okuduğu kitap
Don Kixot
9/10
·292 syf.··
Beğendi
·
2025 1. kitabı
·
31 günde okudu
·
Okunma: 27 Temmuz 2025 10:38
Oxuduğum hər kitabda möhtəşəm sətrlərə qərq oluram. Kitab oxumaq mənim üçün xoşbəxtlikdir və sahib olduğum ən yaxşı özəlliyimdir. Bu kitab üçün də ən möhtəşəm kitab idi deyə bilərəm. Axıcıdır, düşündürücüdür, hüzn və gülümsəməni eyni anda bəxş edəndir. Qısaldılmış versiyasını oxudum. Ancaq nə qədər ki, kitabxanamdadır mütləq ki, tam versiyasını oxumalıyam. Canım Sanço, səninlə vidalaşmaq, sənin cəsarətin, sadiqliyin və təmiz qəlbinlə sağollaşmaq çətin olacaq. *Hər kəs öz talehinin işçisidir* unudulmayan cümlən olacaq. Və bizi "sevən" dostlarımız bəzən düşünürlər ki, bizim üçün ən yaxşısını edirlər, bunu açıqsözlülüklə, arxamızdan oyunlar çevirmədən etsələr kaş ki. Səni də unutmayacam bərbər Nicolas
Kitap Alıntısı
Don KişotMiguel de Cervantes · Yapı Kredi Yayınları · 202127,5bin okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
10/10
·975 syf.··
Beğendi
·
2024 12. kitabı
·
7 günde okudu
·
Okunma: 14 Ekim 2024 22:04
Harry Potter seriyasının 5-ci kitabı.. Hər biri o qədər axıcı, möhtəşəm və insanın xəyal dünyasının çox çox irəlisində kitablar olmaqla, oxucuya çox dərin həyəcan, süprizlər yaşadır. Seriyanın hər kitabına dərin təriflər yağdırmaq üçün uyğun cümlələri tapa bilməməkdən qorxuram. "Zümrüdüanka yoldaşlığı" vəfalı dostluqlardan, cəsarət və ən gözəl sevgi- dostluq sevgisindən bəhs edir. Hərşeyin əslində göstərilməyə çalışıldığı kimi olmamasından, hərşeyə koru-koruna inanmağın yanlış olduğundan bəhs edir. Seriyanın ən qalın kitabı olsa da çox axıcıdır. Sizi olmadığınız diyarlara olmuşcasına aparacaq. Hiss edilənləri yüksək ürək döyüntüləri ilə hiss edəcəksiz. Mütləq oxumalısınız.
Harry Potter ve Zümrüdüanka YoldaşlığıJ. K. Rowling · Yapı Kredi Yayınları · 202032,5bin okunma
Qaraf Monte Kristo
10/10
·560 syf.··
Beğendi
·
2024 7. kitabı
·
4 günde okudu
·
Okunma: 02 Eylül 2024 10:03
Bu qədər möhtəşəm əsər.. kutab səni ağuşuna alır. Əlindən qoya bilməyəcəyin bir həyat, qisas hekayəsi. Bu qədər həyəcan keçirəcəyimi təxmin etməzdim. Çox sevdiyim Qrafın dediyi kimi "Müdriklik gözləməkdən və ümid etməkdən asılıdır."
Qraf Monte Kristo (II kitab)Alexandre Dumas · Teas Press · 037,3bin okunma
Cinayət və Cəza yeni bir təcrübə
Puan vermedi·687 syf.··
2024 3. kitabı
Möhtəşəm bir klassika. Axıcı, mənalı, təcrübə dolu! Raskolnikovun həyatı, düşüncələri bu qədər gözəl təsvir edilə bilməzdi. Raskolnikovla eyni situasiyanı yaşadım desəm yanılmaram. Bəlkədə etdiyim səhvləri, günah saydıqlarımı, vicdanımı narahat edən yaşanmışlıqlarımı təkrar-təkrar xatırlatdı mənə. Bir insanın yavaş-yavaş yenilənməsini, yeni bir həyat tapmasını, bir dünyadan başqa bir dünyaya necə keçid etdiyini, heç bilmədiyi yeni bir gerçəklə tanışmasının çox gözəl təsvir edildiyi bir kitab idi. Oxuyacaq olanlara həqiq bir tövsiyyəmdir. Gecikdirməyin bu kitabı. Həyatda heçnə gecikməyib, həyatda ölüm yoxdursa hələ bitməyib..
Hayata Dair
Suç ve CezaFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2025194,5bin okunma
"En yorgun nehirler bile Denizle birleşir güvenle."
Puan vermedi
Sonunu belə gözləmədiyim əsər.. Anlatım tərzi, hisslərin belə açıq ifadə edilməsi gözəl idi. Martinin dediyi kimi -" Gerçekliktir benim ruhumun kopmayan parçası, oysaki burjuva ruhu bundan gerçekten nefret eder." Çox şeyin dəyişməməsi çox üzücü, hələ də var olan, dəyişməyən ön yarğılar var. Dibinə kimi saxta sevgilər, saxta hisslər və saxta düşüncələr var. Kitabı çox sevdim, oxuyacaq hərkəsə tövsiyəmdir. Hər kəs eyni insan, əti ilə, qanı ilə, qorxuları, saxtakarlığı, yalanı və yaltaqlığı ilə. Sinif ayrımı bunları dəyişdirmir.. 26.11.2023
Kitap Alıntısı
Martin EdenJack London · İndigo Kitap · 2018135,3bin okunma