Bu kitabı 2016 - cı ildə oxuyub bitirsəm də kitab haqqında fikirlərimi bölüşmək bu günə qismətmiş, daha doğrusu paylaşmaq. Çünki kitab haqqında fikirlərimi elə o zaman yazmışdım və o zamanlar çox nadir hallarda oxuduğum kitab haqqında fikir bildirirdim. Kitab haqqında fikir bildirməyimin səbəbi daha doğrusu səbəbləri çox idi... öncəliklə kitab haqqındakı birmənalı olmayan daha çox bəyənilməyən olması idi... digər bir səbəb isə filmi idi... əgər bir filmin ssenarisi kitabdan götürülübsə əvvəlcə kitabı oxumaq daha məqsədəuyğundur... daha bir səbəb kitab nəşri ilə bağlı ölkəmizdə nəşriyyatlar arasındakı dava idi... və bu da kitabın daha bir reklamı idi... və mən onlara inad #İthakiYayınları 'nın nəşrin seçmişdim...
gələk kitab haqqında fikirlərimə...
Kitab haqqında fikirlərimi yeni oxumuşam kimi paylaşacağam.
Onu deyim ki... kitabı bəyəndim... bəyənməyimin başlıca səbəbi kitabda baş verən hadisələrin həyatda da baş verə bilmə ehtimalıdır... kitabın dili axıcı idi... hadisələrin bir - birini izləməsi isə düşünülmüşdür... baxmayaraq ki eyni zamanda baş verən hadisələr ayrı - ayrı qəhrəmanların... Rachelin... Annanın... və Meganın dilindən nəql edilir... kitab əvvəl Rachelin - Qatardakı QızTrendeki Kız həyatından başlayır və bu hissələri bir az sıxıcı gəlir, amma sonra Meganın yoxa çıxması ilə sıxıcılıq aradan itir...yerini marağa buraxır... Hər səhifəni...hər yarımbaşlığı oxuduqca öz - özlüyündə ssenarilər yazırsan... bu ola bilər... o ola bilər kimi... sonda isə heç gözləmədiyin adam çıxır... Əsərin daha bir özəlliyi isə surətlərin az olması idi..az idi amma yetərincə idi...
Surətləri təhlil etsəm... ən pis həyat Rachelin idi deyə bilərəm...keçmiş ərini unuda bilməyən...övlad həsrəti çəkən bir qadın və nəticədə içki aludəçiliyi...və sərxoşluqla gələn işsizlik... xəyanət...