Baloğlan Nasibli

Unutmayın ki, Fillər heç vaxt unutmaz...
9/10
·200 syf.··
Beğendi
·
2025 7. kitabı
·
3 günde okudu
·
Okunma: 22 Haziran 2025 00:00
"Ölməyimə icazə verməyən Pilara” - deyə həyat yoldaşına həsr etdiyi bu kitab, Jose Saramagonun son dövr əsərlərindən biridir. Artıq öz səfərinin də başladığını hiss etməyidir bəlkə bu əsəri yazmağına səbəb... Hekayə Portuqaliya kralının gələcəkdə imperatorluq taxtının sahibi olacaq olan Avstriya şahzadəsinə (Arxidek) hədiyyə olaraq göndərdiyi Süleyman adlı fil və onun tərbiyəçisi Subhro haqqında bir müdriklik hekayəsi - səyahətidir bu... Subhro bu səyahət zamanı gözümüz önündə kasıb, müdrik bir insan, təvazökar bir səyyah - filosof olaraq canlanarkən, “Möhtəşəm” Süleyman sadəcə yaşamaq üçün zəruri olanları edən və bunun üçün var olan xarakter kimi, imperator isə səlahiyyət sahibi və əmr düşkünlüyü ilə təsvir olunur. Saramago bu səyahətlə o qədər çox şeydən danışır ki; gözəl təsvir edilmiş tarixi atmosfer fonunda şahid olduğu coğrafiyadan, sosial və iqtisadi sistemdən, sinif fərqliliklərindən, dövrün diplomatik zərurətlərindən, kilsə tənqidindən, varlıq sorğularından... Bu sadəcə bir yerdən başqa yerə edilən bir səyahət deyil; bəzən monoloqlarla ifadə olunan macəra, bəzənsə dialoqlardan ibarət bütöv bir söhbət - yol boyunca rast gəlinən insanların, qonaq olunan evlərin təsvirləri, fil tərbiyəçisi ilə komandanın dialoqları ilə böyük bir sərgüzəşt, səyahət boyunca qəhrəmanların yaşadıqları, öyrəndikləri özləri ilə, cəmiyyətlə, inancları ilə bağlı apardıqları sorğulardır. Əsər haqqında qeyd edilməli nüanslardan biri də onun dilidir. Digər kitablarında olduğu kimi bu əsərdə də Saramagonun dil xüsusiyyətləri xüsusi diqqət çəkir. Belə ki əsərdə demək olar ki, durğu işarələrinə rast gəlinmir, cümlələrin başlanğıcı və sonu aydın olmur, böyük hərflərə isə nadir hallarda rast gəlinir. Yeni başlanılan zaman qeyd edilənlər oxucunu yorur, bəzi hissələri təkrar - təkrar oxumağa
Filin YolculuğuJosé Saramago · Kırmızı Kedi Yayınevi · 20213,580 okunma
Reklam
Unutduğum Qatardakı qız...
Puan vermedi·360 syf.··
2016 6. kitabı
·
6 günde okudu
·
Okunma: 26 Mayıs 2016 01:07
Bu kitabı 2016 - cı ildə oxuyub bitirsəm də kitab haqqında fikirlərimi bölüşmək bu günə qismətmiş, daha doğrusu paylaşmaq. Çünki kitab haqqında fikirlərimi elə o zaman yazmışdım və o zamanlar çox nadir hallarda oxuduğum kitab haqqında fikir bildirirdim. Kitab haqqında fikir bildirməyimin səbəbi daha doğrusu səbəbləri çox idi... öncəliklə kitab haqqındakı birmənalı olmayan daha çox bəyənilməyən olması idi... digər bir səbəb isə filmi idi... əgər bir filmin ssenarisi kitabdan götürülübsə əvvəlcə kitabı oxumaq daha məqsədəuyğundur... daha bir səbəb kitab nəşri ilə bağlı ölkəmizdə nəşriyyatlar arasındakı dava idi... və bu da kitabın daha bir reklamı idi... və mən onlara inad #İthakiYayınları 'nın nəşrin seçmişdim... gələk kitab haqqında fikirlərimə... Kitab haqqında fikirlərimi yeni oxumuşam kimi paylaşacağam. Onu deyim ki... kitabı bəyəndim... bəyənməyimin başlıca səbəbi kitabda baş verən hadisələrin həyatda da baş verə bilmə ehtimalıdır... kitabın dili axıcı idi... hadisələrin bir - birini izləməsi isə düşünülmüşdür... baxmayaraq ki eyni zamanda baş verən hadisələr ayrı - ayrı qəhrəmanların... Rachelin... Annanın... və Meganın dilindən nəql edilir... kitab əvvəl Rachelin - Qatardakı Qız Trendeki Kız həyatından başlayır və bu hissələri bir az sıxıcı gəlir, amma sonra Meganın yoxa çıxması ilə sıxıcılıq aradan itir...yerini marağa buraxır... Hər səhifəni...hər yarımbaşlığı oxuduqca öz - özlüyündə ssenarilər yazırsan... bu ola bilər... o ola bilər kimi... sonda isə heç gözləmədiyin adam çıxır... Əsərin daha bir özəlliyi isə surətlərin az olması idi..az idi amma yetərincə idi... Surətləri təhlil etsəm... ən pis həyat Rachelin idi deyə bilərəm...keçmiş ərini unuda bilməyən...övlad həsrəti çəkən bir qadın və nəticədə içki aludəçiliyi...və sərxoşluqla gələn işsizlik... xəyanət...
Trendeki KızPaula Hawkins · İthaki Yayınları · 202013,6bin okunma
Salam Sarvan sözünün yalnızlığı...
10/10
·156 syf.··
Beğendi
·
2025 3. kitabı
·
21 günde okudu
·
Okunma: 01 Mart 2025 00:00
Hər dəfə “Qanun nəşriyyatı”ndan nəşr edilmiş kitab alanda o qədər tərəddüd edir, o qədər təəssüf hissi keçirirəm ki. “Sağ olsun” heç bir zaman da bu tərəddüdümü boşa çıxarmır. Və çox təəssüf edirəm ki, oxumaq istədiyim kitablar da məhz bu nəşriyyat tərəfindən nəşr edilir. Bu kitablardan biri də Salam Sarvanın “Heykəl tənhalığı” kitabı idi. Kitab özlüyündə o qədər möhtəşəm, Salam Sarvan qələmi o qədər hassasdır ki... Şeirləri oxuyarkən yazı tərzi əvvəlcə sizə yad gəlir, çünki düşüncə sərtdir... Üzdən sərt, daxili incə... Və incəlik sizə yavaş - yavaş sözləri, cümlələri doğmalaşdırır... siz də olursunuz o şeirlərdə... və kitabı oxuyarkən isti yay günündə sanki sərin su içirsən təəssüratı yaradır. İlmək – ilmək toxunmuş cümlələrlə bəzən özünü mühakimə edir, bəzən də özünü tapırsan... Di gəl kitabda o qədər səhvlər var ki adamı yoran...qrammatik səhvlərmi deyim, korrektorun düzəliş etməli olduğu səhvlərimi deyim..? Şeirlər milyonlara dəysə də kitabla (nəşr) bağlı bircə sevincim odur ki 7 manatlıq kitabı yarmarkadan 1 manata almışdım. Ümid edirəm, bir gün bu kitab və müəllifin digər şeirlərinin də əks olunduğu kitab möhtəşəm tərtibatda nəşr ediləcək, çünki buna dəyər... Salam Sarvan qələmi ilə bir təəssüratımı da bölüşüm. İllər əvvəl rayonların birinə iş yoldaşlarımla səyahət zamanı vaxtı dəyərləndirmək naminə avtobusda yarış keçirmişdik. Suallardan biri Salam Sarvan şeirindən bir parça idi. Hamı şeiri çox bəyənsə də təəssüf hissi ilə bildirirəm ki, heç kimi müəllifi tanımamışdı... çox təəssüflənmişdim. Amma elə bil ondan sonra sosial şəbəkələrdə müəllifin daha çox şeirləri paylaşılmağa başlanılmışdı. Bu da məni çox sevindirmişdi... Salam Sarvan
Şiir
Heykəl TənhalığıSalam Sarvan · Qanun Nəşriyyatı · 201728 okunma
Martin Eden və...
10/10
·520 syf.··
Beğendi
·
2021 24. kitabı
·
77 günde okudu
·
Okunma: 12 Eylül 2021 00:00
Uzun zaman öncə oxumağıma, kitab haqqında fikirlərimi də elə oxuduğum müddət ərzində formalaşdırmağıma baxmayaraq bu gün tam olaraq bitirə bildim və... Sevgini axtaran, özünü əzdirməyən, tənqidə açıq olan, amma qəlibləşmiş fikirlərə qarşı çıxan, sorğulayan, özünə inanaraq güvənini heç vaxt itirməyən, idealları olan insanların adıdır... Martin Eden... Haradan gəlib haraya getdiyini bilən insanların adıdır. Həyatını gəmi işçisi kimi işləyərək qazanıb yaşayan Martin Edenin həyatı, bir davada xilas etdiyi gəncin onu evinə dəvət etməsi ilə dəyişir. Həmin evdə yaşayan Rutha aşiq olması ilə həyatı dəyişən Martin ətrafındakı mühiti, işini və dostlarını bəyənməməyə başlayır və aşiq olduğu qadına yetmək üçün dəyişməyə qərar verir. Martin, Ruth ilə evlənmək üçün nüfuzlu bir peşə sahibi olmalı olduğunu, onun ətrafındakı insanlar kimi nəzakətli olmalı, oxumalı olduğunu anlayır. Və bununla yanaşı nüfuzlu peşənin özü üçün yazıçılıq olduğunu da bilir. Özünü yalnız yazıçı olaraq görən və bu yazıçılıq ehtirası ətrafındakılar tərəfindən dəstəklənməyən Martin Eden, onların əksinə özünə olan inamı sayəsində mühüm bir yazıçı olacağına inanır və özünü yazmaqdan başqa bir işin, peşənin içində təsəvvür edə bilmir. Hadisələrin baş verdiyi illər ərzində Martin Eden ədəbiyyatı, sənəti və həyatı sorğulayır, heyranlıq duyduğu var - dövlətin əslində nə qədər adi olduğunu anlayır... Qələm gücünə güvənən Martin öz ruhunda nə qədər inam bəsləsə də, mənəvi olaraq dərin olmayan insanların içində xüsusilə səmimiyyət baxımından geniş bir bütövlük axtarışına da çıxır. Yazıçının həyatından da yer yer izlər daşıdığı üçün yarı avtobioqrafik bir əsər sayılan “Martin Eden” romanının idealist, xəyallarla yaşayan qəhrəmanı Martin, romanın sonunda gəldiyi yerə – dənizlərə qayıdaraq hekayəsinə son qoyur. Hər
Duygu ve Düşünce
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 2025134,9bin okunma
Şeytanı gömmek için güzel bir gün...
9/10
·128 syf.··
Beğendi
·
2021 25. kitabı
·
36 saatte okudu
·
Okunma: 15 Eylül 2021 00:21
Yazarın sonrakı yapıtlarının da arka planını oluşturan düşsel Macondo kasabasında gelişen olaylar halkın nefretiyle yüzleşen ve ötekileştirilen, sonunda intihar eden doktorun cenazesi töreniyle başlar hikaye. Hikaye yarım saatlik cenaze töreninde doktorun intiharına kadar olan olaylar ve ölüm, yalnızlık, kin, nefret duyguları üç ayrı kişinin bakış açısıyla (Albay, albayın torunu ve kızı) anlatılıyor. Ve bu hikaye verilmiş bir sözün hikayesidir... O söz ki... "Doktor, o zaman beni ölümden döndürmüştü... ... Ona borcumun ne kadar olduğunu sorduğumda şu cevabı vermişti: "Hiç bir borcunuz yok, Albayım. Lâkin bana bir iyilik yapmak isterseniz, bir sabah beni kaskatı bulduğunuzda, üstüme birkaç kürek toprak atın..! Akbabalara yem olmayayım ihtiyacım, olan tek şey o...Sayfa:121 ... Eserde iyilik ve kötülüğün çizgisi ile anlaşılmazlıklar korkunç enkaza sebep oluyor. Ve kitapta da değildiği gibi..."Bu dünyada hiçbir şey bir insan enkazı kadar korkunç olamaz.". Sayfa:107... Unutmayalım... Bu yaprak fırtınasına hele bir alışalım, bunların hepsi geçer...
Edebiyat
Yaprak FırtınasıGabriel Garcia Marquez · Can Yayınları · 20244,458 okunma
Reklam