#26-cı payız...
Özümü bildim biləli var oluşunu sorğuladığım varlığımla bir yaş daha.
Yaşamaq nə idi?
Ya da yaşamağın mənası nədə idi?
Mən onları açmağa çalıçdıqca içimdə çoxalan düyünlər.
Var olmaq, düşünmək, hər şey zamanla yerini bir heçliyə, hissizliyə buraxır sanki.
Mən varam...
Buradayam
Düşünürəm
Yaşayıram
Amma hiss etmirəm
Bir heçliyin astanasında, yaşamın sonsuz fırtınasında məhz doğulduğum fəsildəki solğun, cansız yarpaqlar kimi hər yaşımda özümdən bir az daha uzaqlara sovruluram.
Ağlımda Cavabını əsla tapa bilməyəcəyim suallar
Qəlbimdə sadəcə sadəcə birinə, sadəcə bir az incə bir qırğınlıq. O qədər incə ki sızısı bir ömür keçməyəcək.
Ruhumda nə?
Nə var mənim ruhumda?
-Yorğunluq, çarəsizlik, əksiklik, yetərsizlik.
Ruhumda var olanların yaratdığı yoxğuq hiss ilə hər yaşımda bir az daha yox olmağa.
Hər yaşımda bir az daha çoxlarkən ruhumdakı yük.
Bu dəfə adını bildiyim dənizdə həyatın, yaşamın, yaşımın, hiss etdikləri və etdirmədikləri ilə daha dərinlərə...
Amma bu yaşımda başqa bir hiss daha var ruhumda.
Bu dəfə bir az daha başqa..
Bu dəfə mane olmayacam payıza
Mane olmadığım üçün də bu qədər yorulmadım, yəqin ki.
Açmağa çalışmayacam artıq düyünləri
Bu dəfə...
Bu dəfə bir başqadır payız
Bu dəfə başqa olsun, payız...