Goychak

Goychak
@Blue1117
Puan vermedi·464 syf.·
2025 1. kitabı
Joze Saramaqo "İsanın İncili" ÇilənAy xanımla oxuduğum ilk kitab oldu. Saramaqo sevdiyim yazarlardandır. İsa peyğəmbərin həyatına yanaşma tərzi, həm real hadisələr, həm yazar təxəyyülü əsəri kifayət qədər oxunaqlı edir. Əsasrin əvvəlindən bəri qələminə güvəndiyim yazarın Tanrı ilə İsanın dialoqunu necə verəcəyini səbirsizliklə gözləyirdim. Lakin bu hissə olduqca bəsit verilmişdi və deyərdim ki, kitabın, mənə görə, ən sıxıcı yerə də məhz ora idi. Dialoq əsnasında Pessoanın adının çəkilməsi kimi incə bir məqam var idi. Amma bu belə onu bəsitlikdən qurtara bilmədi. Yenə də balaca əllərin müşayəti ilə oxuduğum bu kitab həyatımdakı ən dəyərli kitablar arasında öz yerin aldı. Geriyə isə Çilənay xanımın da bir gün oxuması və anasın onun üçün gizlətdiyi gizli notu tapması qaldı.
İsanın İnciliJosé Saramago · Qanun Nəşriyyat · 20183,140 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
"TATAR ÇÖLÜ" SİZİ TƏR-ÜZ EDƏCƏK!
Puan vermedi·339 syf.·
2020 115. kitabı
Bastiani qalasına təyin olunan genc leytenant Covanni Droqo.. Əvvəlcə burada bir gün belə qalmaq istəməyən genc leytenantin dörd ay sonra geri qayıtma şansı varkən Tatar çölünün sirli cazibəsinə qapılaraq Qalada qalmağa qərar verir. Əsərdə daha çox gənc leytenat Droqonun daxili aləmini, tənhalığını, öz daxili aləmi ilə bağlaşdırdığı Tatar çölünün təsvirini görürük. Bir növ Tatar çölünün fonunda Droqonun öz daxili aləmdə səyahətə çıxırıq. Lakin yazar bizi digər obrazların dünyasından da kənarda qoymur. Bu qəhrəmanlarla birlikdə biz də öz daxili aləmimizə səyahətə çıxırıq. "Tatar çölü" bizə ən sirli Qalanın- öz daxili aləmimizin qapıların açır. Bizi özümüzlə baş-başa qoyan bir əsər. Dino Bussatı bu romani ilə varoluş səbəbinizi sorğuladacaq, əsərdə baş qaldıran, qarşınıza çıxan suallar olacaq, lakin bu sualların cavabını bir yönlü verməyəcək yazar. Normada Oxuduğumuz əsərlərdə yazarin çatdırmaq istədikləri olur oxucuya, vahid ideyaya xidmət edir əsər. "TATAR ÇÖLÜ" isə SİZİ TƏR-ÜZ EDƏCƏK. Sizə ağlınızla verdiyiniz qərarları sorğuladacaq. Həyatda özünü tapmaq, var olmaq, özünü doğrutmaq, tale kimi məsələrə tamam fərqli yöndən yanaşılan bir roman. ‌Oxuyun, yaşayın, varoluş səbəinizi sorğulayın!!
Edebiyat
Tatar ÇölüDino Buzzati · Qanun Nəşriyyatı · 019,9bin okunma
Maksim Gorkinin qələmindən Leo Tolstoy
9/10
·250 syf.·
2020 114. kitabı
Toslstoyun xəstəliyi və ölmü arasındaki dövrü əhatə edən bu əsər: Qisa qeydlər şəklində və Tolstoyun ölümü sonrası yazılan bir məktubundan ibarətdir. Gorkidən Tolstoyu oxumaq.. Tolstoya daha çox yaxınlaşmağa, onu daha yaxından tanımağa imkan yaradır. Tolstoyun bir sıra mesələlərə yanaşması, sevdiyi yazarlar, bəzi yazarlar haqqında görüşləri, Tanrı və Tolstoy, Tolstoyun qadınlar haqqında görüşləri, qumar tutkusu ve s. məsələləri qısa qeydler şeklində verilmişdir. ❝Kadınlara amansız bir düşmanlık besliyor bence, onları cezalandırmaktan hoşlanıyor. Ancak, bir Kittie, bir Nataşa Rostov gibiler, sınırlı olmayan yaratıklar için davranışı değişiyor. Alabileceği bütün tadları almayı başaramamış bir erkeğin düşmanlığı bu, ya da ruhun «gövdenin aşağılık dürtülerine» karşı düşmanlığı. Ama gene de düşmanlık işte, soğuk bir şey, Anna Karenin’deki gibi.❞ Qumar həvəskarı olan Tolstoyun bu tutkusunu da Gorki lakonik şekilde qeyd etmişdir. #81058021 Qorkinin qeyidlerinden aydın olur ki, Tolstoy bu dönəmdə ədəbiyyatdan çox bəhs etməz, daha çox Tanrı, kəndlilər, qadınlardan bəhs edərdi. ❝ Çoğunlukla Tanrı’dan, köylülerden, kadınlardan söz açıyor, edebiyata pek seyrek değiniyor, binde bir, sanki edebiyat yabancısı olduğu bir şey.❞ Əsər eyni zamanda bizə Tolstoyun məşhur dini aspekti, Tanrı və Tolstoy, Tanrıya qarşı görüşləri haqqında da məlumatlandırır. M. Gorkinin qeydlerinden de aydın olur ki, Tanrı bu dövrdə belə Tolstoyu en çox düşündürən meselerden idi. ❝O Tanrı’yı arayan bir insan, kendi için değil, insanlar İçin❞ ❝Onu her şeyden daha çok uğraştıran, açıktanaçığa kemiren düşünce, Tanrı düşüncesi. Gerçekte bir düşünce değil de, kendisinden daha yukarılarda duyduğu bir şeye karşı çılgınca bir direnme gibi bir şey bu zaman zaman❞ TANRI VƏ
Edebiyat
Tolstoy'dan AnılarMaksim Gorki · Bilgi Yayınevi · 19671,028 okunma
Bizə bizdən xəbərsiz öz əsərlərində can verən yazar-Dostoyevski!
10/10
·480 syf.·
2020 113. kitabı
Dostoyevski onu oxuyub da valeh olmamaq əldə deyil. İnsan duyğularını, qelbinin ən dərinliklərində gizlənən acını, izdirabı bu qədər mükəmməl şəkildə əks etdirən başqa bir yazar varmi? Dostoyevski bizə qəlbimizdə ruhumuzun bir parçası olan, özümüzün belə xəbərimiz olmayan duyğuları xatırladır. Sanki bizdən qabaq bizi görüb. Dostoyevskinin dahiliyi də həmz buradadır. Dostoyevskinin yalnız əsərlərinin məzmunu ilə yox, hətta adları ilə da bizə çatdırmaq istədikləri var. Ezilenler , İnsancıklar, Yeraltından Notlar ve s. Romanlarının adlarında bele biz qəhrəmanların yaşadığı yoxsulluğu, səfaləti, mənəvi böhranı görürük. "Əzilənlər" İlk dəfə 1861-ci ildə Dostoyevski qardaşı ilə birlikdə yayınladığı "Zaman" jurnalında hissələrlə çıxarılmışdır. "Əzilənlər"i oxuyub orada özündən, ruhundan bir parça tapmamaq imkansızdır. Dostoyevskinin əsərlərində nə yoxdur ki? Aile, sevgi, dostlu, sədqət, yalan, pul hərsiliyi ve s. "Əzilənlər" romanında bunları yenidən bütün çılpaqlığı ile göz qabağına sərir Dostoyeviski. Oxuduğumuz hər əsərdə bir obrazda özümüzü tapırıq, yaxınlıq duyuruq. Lakin "Əzilənlər"də isə bütün obrazlarda özünüzü görəcəksiniz. Onların həyatında, onların hisslərini onlar kimi yaşayacaqsınız. Çünki Dostoyevski bizlərə bizdən xəbərsiz can verib öz əsərlərində. Vanya...Ah Vanya, insanlığın təcəssüməsi. Gənc yazar olan Vanyaının yazarlıq sərgüzəştində Dostoyevskinin öz həyatında da parçalar tapmaq mümkündür. Öz prototipini də yaratdığı bu obrazla biz həm də Dosteyevskini öz qələmindən tanıdıq. Nataşa obrazını çoxları "aptal aşık" adlandırsa da, öz sevgisini, xoşbəxtliyini başqaları uğruna fəda edən, təmənnasız və saf sevgisi ilə əslində ən böyük hörmətə o layiq deyildimi? Alyoşa günümüz insanlarının tipikləşmiş forması. İradəsizliyi, uşaq ağlı və qəlbi ilə həyatının istiqamətin
EzilenlerFyodor Dostoyevski · Bordo Siyah Yayınları · 201823,8bin okunma
"Hiç biri susmadı ama herkes sağırdı!"
Puan vermedi·372 syf.·
2020 101. kitabı
Yaxşı ki Cəhənnəm var! Amma kaş bu dünyada da bir az ədalət olaydı..! DƏHŞƏT!!! Eensestin var olması DƏHŞƏT!!! Amma bunun cəzasız qalması, ya da dırnaq arası bir cəza alması, buna susulması DAHA DƏHŞƏT!! Bir tövsiyə (#77225428) üzərinə oxuduğum, hər cümləsində qəlbimi, ağlımı, ruhumu dəhşətin bürüdüyü kitab! Çox ağır bir kitabdır. Və çox, təəssüf ki, kitabı bu qədər ağır edən onun içində olan həqiqətlər, həyatdan faktlardır. Kitabdakı dialoqları belə sona qədər oxumaq çətindir... Özünə bir sual verirsən: "Tanrım, mən nələr oxuyuram belə?!" Toplum, cəmiyyət olaraq ele bir zihniyətə sahib oluruq ki, artıq bele kitabları oxumağı bele "ayıb" sayırıq. Nəyin ki ensestə susmamaq, dilləndirmək, YOX demək iradəmiz olsun. Cəmiyyət olaraq bu və bunun kimi məsələlərə daha şüurlu yanaşmaq üçün mütləq oxunması lazım olan kitabdır. OXUMALI VƏ OXUTDURMALIYIQ. Oxuduqca insan düşünür... Ya Rəbb, insan qalmaq bu qədər çətindir?! Axı biz niyə İnsan ola bilmirik?!! Sabir gəldi ağlıma.. Daş qəlbli insanları neylərdin, ilahi?! Bizdə bu soyuq qanları neylərdin, ilahi?! Hər zülmə dözən Canları Neylərdin, İlahi?! Məzlumların göz yaşı dərya olacaqmış, - Dəryaları, ümmanları neylərdin, ilahi?! Əlbəttə, O nə edəcəyini bilər. Bəs biz cəmiyyət olaraq nə edirik? Nə etməliyik?! Onsuz da hər şeydən xəbərsiz, günahsız olaraq həyatın ən ağır yükü çiyinlərinə yüklənən uşaqlara bir zərbəni də cəmiyyət vurmurmu? Məsələn, məktəbdə elə uşaqla oturma sən. Küçədə o uşaqla danışma. Qonşuda o uşaqla oynam və s. Daha əxlaqın nə olduğunu bilməyən uşaqlara əxlaqsızlıq damğası vurub, yaşamaq, gülmək, oxumaq, sevmək, sevilmək, var olmaq, yaşamları boyu normal olmaq şansların əllərindən almırıqmı? Heç kim o uşaqları qınaya bilməz!!!! HEÇ KİM!!! "Çocuğu
Kardeşini DoğurmakBüşra Sanay · Doğan Kitap · 20188bin okunma