Təbəssüm Mustafaeva

Təbəssüm Mustafaeva
@Bookharmony_
Uluslararası ilişkiler
Baku
5 Temmuz
293 okur puanı
Ocak 2020 tarihinde katıldı
10/10
·256 syf.··
2021 6. kitabı
Qan içində Salam. Bu gün milli ədəbiyyatımızdan olan, Yusif Vəzir Çəmənzəmənlinin “Qan içində” əsəri haqqında fikirlərimi yazmaq istəyirəm. Bu kitab tarixi həqiqətlərlə dolu-dolu bir kitabdır. “Qan içində” həm də “İki od arasında” adlanır. Real hadisələr əsasında yazılmış romandır. Yusif Vəzir Çəmənzəminli bu romanı ilk dəfə 1937-ci ildə qələmə alıb. Roman Qarabağ xanlığından, İran və Rusiyanın bu torpaqları parçalamağından bəhs edir. Eyni zamanda bir də bir-birləri savaşan Azərbaycan var. Səltənət uğrunda gözü bağlı qan tökən Xanlıqlarımız... O dövrün siyasi vəziyyəti həm dəhətli, həm də faciəli olub. oxuduqca bənzərlikləri gördüm. 2-3 əsr keçsə də özbaşınalıqlar xalqla olunan pis rəftar, çatıçmazlıqlar hələ də davam edir. Əsərdə qəhrəmanlardan biri də Molla Pənah Vaqif və İbrahim Xandır. Romanda ən çox Vaqifin siyasət aparmağı marağımı çəkdi. Bu əsərdə Vaqif həm şair kimi, həm də diplomat kimi dəyərləndirilib. Vaqif Qazax mahalından olsa da Qarabağa köç etmişdir. Burada da hörmət və ad-san qazanmışdır. Nəinki Qarabağda eyni zamanda onun hörməti digər ayələtlərə də öz sorağını salmışdır. Vaqifin təmkinliliyi, gözüaçıqlılığı, tədbirli davranması bir siyasətçi kimi özünü əsərdə doğruldurdu. Eyni zamanda, şairliyi, hazırcavablığı da siyasət yeritməkdə onun köməyinə çatırdı. Bundan başqa digər obrazlardan Kazım, Səfər, Telli, Nazlı, Ağabayim kimi surətlər də əsərə maraq qatırdı. Amma qadınlara qarşı haqsızlıqlar, münasibət də gözümdən qaçmadı deyil. Daha çox xarici ədəbiyyat oxusam da o əsərlərdə milli ədəbiyyatımızda olan, doğmalığı, zənginliyi, şirinliyi görə bilmirəm. Vaqifin şeirləri, atalar sözləri, dialoqlar, adət-ənənələrimiz o qədər insanda xoş təəssürat yaradır ki... möhtəşəm əsərdir, oxumamısınızda mütləq şans verin oxuyun, kitablarla qalın.
Tarih
Qan içindəYusuf Vezir Çemenzeminli · Qanun Nəşriyyatı · 2019200 okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
10/10
·256 syf.··
2021 6. kitabı
Yusuf Vezir Çemenzeminli
8.5/10 · 200 okunma
Zaman — çoxlu qanadları olan ağacdır.
Ramiz Rövşən
Nə çoxmuş, dünyanın yükü Sevgisi yük, nifrəti yük, Görüşəndə — söhbəti yük, Ayrılanda — həsrəti yük
Hayat
...və həyat adlandırdığımız əks-səda fırlanan təkər və çarx, möcüzəli şüşə altında tıqqıldayan sehirli saat adı altında maskalanmışdır.