Onsuz da bu çətin mübarizədə gənc ehtiyac duyduğu dəstəyi çevrəsindən almalı olduğu halda, o çevrənin qınayıcı faktora çevrilməsi çox acınacaqlıdır. Ən kiçik səhv bir manevr hesabına "gəminin dirəyi iki hissəyə parçalanır və idarəsi çətinləşən gəmi" tamamilə cinsi istəklərə təslim olur. Gəncin iradəsi mart ayının havası kimidir. Heç vaxt havanın gözəl olduğunu deyə bilməzsiniz. Çünki havanın gözəl görünməsinə baxmayaraq, hər an dəyişmək ehtimalı vardır. Bircə anın içərisində hava soyuyub buz kimi ola bilər. Buna görə gənc ən kiçik hava dəyişikliyinə səbəb olacaq mühitlərdən uzaqlaşmalıdır.
Bu bütün önəmli fikirlərə şamil edilən bir qaydadır: fikir sadəcə zehnimizdən ötüb-keçərsə, heç bir dəyəri olmaz və reallaşmaz. Fikrə nizamlı əhəmiyyət vermək, səmimi diqqət yetirmək gərəkdir. Özlüyündə mövcud olması üçün xüsusi maraq göstərmək, qorumaq, sahiblənmək lazım gəlir. İnsan onu şüurunda uzun müddət canlı, diri saxlamalı, üzərində vaxtaşırı düşünməlidi. Beləliklə, onun köməyi ilə güclü duyğulara sahib olacaq və həyat mənbəyini taparaq özünə tərəf çəkəcək, onu mənimsəyəcəkdir.