Astagəl Tomas

Astagəl Tomas
@Cengo99
Bir dünyagörmüş deyib, unudub səbr eləmək ən gözəlidi, taleyinlə barışıb səbr eləmək ən düzüdü, əl çəkib səbr eləmək ən çətinidi, bir də işini Allaha tapşırıb səbr eləmək ən ağıllısıdı.
Sayfa 298 - Şah İsmayıl·Kitabı okudu
Tarih
Etimoloji Defteri
Mücellit Nedir ?
Ey bu gecənin sahibi, nəfəsimi sənin ixtiyarına verdim, üzümü sənə çevirdim, bütün işlərimi sənə həvalə elədim! Səndən başqa sığınacaq bir kimsəm yoxdu. Sevdiklərimi qoru, bizə sabah sağ-salamat oyanmağı nəsib elə! Düşmənlərimizin gözlərinə qaranlıq, dostlarımızın ömrünə işıq sal!
Sayfa 295 - Taclı·Kitabı okudu
Tarih
Xamu dərdlülərə dərman bulundu, Dəvasız dərdə dərmanım, nə dersən? Xətayi çün səni can ilə sevdi, Sevən ölsünmü, sultanım, nə dersən?!
Sayfa 294 - Şah İsmayıl·Kitabı okudu
Tarih
Sizə üç müqəddəs şeyi - torpağımızı, dilimizi, ərkanımızı miras qoyub gedirəm. Bunların qədrini bilin.
Sayfa 289 - Şah İsmayıl·Kitabı okudu
Tarih
Onu bil ki, əməllərilə yox, yalnız ata-babalarının sümüklərilə öyünən adamın qabağındakı sür-sümüklə öyünən köpəkdən heç bir fərqi yoxdur.
Sayfa 261 - Şah İsmayıl·Kitabı okudu
Tarih