Astagəl Tomas

Astagəl Tomas
@Cengo99

Astagəl Tomas

, bir kitap okudu
9/10
·172 syf.·
Beğendi
·
5 günde okudu
·
Okunma: 19 Kasım 2022 13:09
·
2022 5. kitabı
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Dini dəyərlərə ehtiram
Müsəlmanlar əvvəlki davada ermənilərin Xoca Söhrab kilsəsini tutmuşdular. Üç gün gecə-gündüz onu əllərində saxlayıb içində sakin oldular. Amma heç bir kəs ədəbsizlik edib kilsənin bir daşına, yaxud ağacına əl vurmadı, haranısa xarab etməyi özlərinə rəva bilmədilər. Lakin bu amansız erməni tayfası Qalaşakovun xahişinə binaən ruslar ilə birlikdə Köçərli məscidini yandırıb, içində hər nə vardısa qarət edib dağıtmışdılar.
Sayfa 163·Kitabı okudu
Tarih
Rusların istəyi
Rusların istədiyi bu idi ki, bu iki millət bir-biri ilə dava edib başları qarışsın, tainki dövlət fərağat olsun. Çünki millətin zəif və kasıb olmağı dövlətin silahıdır.
Sayfa 154·Kitabı okudu
Tarih
Əhvalat
Erməni qəbiristanlığında bir nəfər erməni öldürüldüyünə görə ermənilər gedib divana müsəlmanları şikayət etdilər. Divan isə cənab qazinin yanına gələrək ona bildirdi ki, ermənilər qatili tələb edirlər. Qazi ərz etdi ki, razılaşmaya əsasən biz ancaq şəhərdə baş verən hadisələrə cavabdeh olacağıq, şəhərdən kənarda baş verənlərə müdaxilə etməyəcəyik. Çünki belə ölüm hadisələrinin əksəriyyətini ermənilər özləri eləyib müsəlmanların üstünə böhtan atırlar.
Sayfa 99·Kitabı okudu
Tarih
Erməni tayfasına nəsihətlər
Bu qədər qan töküb mal-mülki talan etməkdə səbəb və mətləbiniz nədən ibarətdir? Əgər məqsədiniz padşahlıq və kral olmaqdırsa, sizin bu təbiətinizlə və insafsızlığınızla heyhat ağla sığan şey deyil. Ağıllı-kamallı insanın sizin haqqınızda düşümcəsi belədir ki, belə səfeh hərəkətlərlə sizin tayfaya nəinki padşahlıq, heç koxalıq və kəndxudalıq da yaraşmır.
Sayfa 78·Kitabı okudu
Tarih