Özünü öldürməyi hər bir axmaq hər zaman bacara bilər. Vəziyyətdən çıxmaq üçün bu ən qorxaq və rahat bir yoldur. Çətinliyə düşdünmü özünü öldür. Lakin sən bu həyatda qalib gəlməyə təşəbbüs etdinmi? Dəmir məngənədən çıxmaq üçün bütün vasitələrə əl atdınmı? Tapançanı gizlət və bu barədə heç kəsə heç vaxt bir söz danışma! Həyat dözülməz olduğu zamanda belə yaşamağı bacar. Həyatı faydalı bir şəklə sal.
İnsan üçün ən qiymətli şey həyatdır. Həyat insana bir dəfə verilir, o həyatı elə yaşamalısan ki, səmərəsiz keçən günlər üçün sonra əzab çəkib heyifsilənməyəsən. İnsan elə yaşamalıdır ki, öləndə "mən bütün həyatımı, bütün qüvvəmi dünyada ən gözəl bir şeyə - bəşəriyyətin azadlığı uğrunda mübarizəyə sərf etdim" - deyə bilsin. Yaşamağa tələsmək lazımdır. Mənasız bir xəstəlik və yaxud facianə bir təsadüf bu həyatı qıra bilər.