Təbriz və Azərbaycanda silahımı işlədib Turan, Səmərqənd, Xorasanda çadırımı quracağam. İndi ehtiyyatlı ol, dəlisov atımın yüyənini sənə tərəf çevirirəm.
Başına nə gəlirsə, imtahandı. Xeyir ya şər olduğunu Allah bilir. Sən səbir eləməyi, qəlbinə şəkk gətirməməyi öyrən. Səbir məqamına çatmaq asan deyil, amma ora çatanda da dadından doya bilmirsən.
Şahi-Mərdan dövlətində geydügüm narəncidür,
Nara qarşu durmazam, zira məni nar incidür.
Şah Təhmasam, cahanda şahbaşah nəsli Əli,
Yar ilə yar olmuşam, sanma məni yar incidür.