İlham uzaq!
Yoxdur sözüm!
Nəğmələrim uçub getdi,
Dərddən qaçdı,dərdə yetdi,
Uzaqlarda gözdən itdi.
İlham uzaq!
Yoxdur sözüm!
Yaşıl meşə bucağında,
Bir gözəllik bucağında,
Bir cökənin kölgəsində,
Gəncliyin ilk həvəsində
Oxuduqca oxuyardım,
Mən-cəsarət,mən -vüqardım.
İndi isə bu göz yaşım
Bağlayacaq şeirə məni.
Ömür gömür qəbrə məni.
İlham uzaq!
Yoxdur sözüm