Axillesin oxu kimisə yaralayanda həmin ox həm də yaranı sağaldır..
Həyatımızda qarşımıza çıxan problemləri, acıları isyankar bir tonla qarşılayarıq. Amma xoş və gözəl hadisələlə rastlaşdıqda o anın sevincini yaşayarıq, "isyan etmə" durumu ağlımıza belə gəlməz.
Yazar, oxucunu xoş xatirələrlə dolu cığırla, acı gerçəyə doğru aparır.
Həyat hekayələrini, insanların yaşantılarını və xüsusən də hadisələrə qarşı düşüncələrini çox maraqlı hesab edirəm. Bu roman da bu tərzdə idi, lakin yazarın pessimist düşüncə tərzi və insanların bir-biriləri haqqında amansız düşüncələri məndə qəribə hisslər oyatdı :
“ ... bəzən səmimi-qəlbdən deyilən sözlərdə çirkin niyyətlər olur.”
Mən kitab oxuyarkən yaxud seriallarımı izləyərkən onların düşüncə tərzində düşünməyə başlayıram. Bu mənə hadisələrə daha yaxından baxmağımı və kitabın (filmin) təsirini daha da güclü hiss etməyə kömək edir.
Don Kasmurro'da isə insanlar barədə qəlbimdə mənfi emosional düşüncə yaranırdı. Hadisələrə qarşı daha amansız düşüncə qururdum daxilimdə.
Ancaq əsəri bitirdikdən sonra bu emosiyanın xəyanətdən doğan ağrı, acı olduğunu anladım.
“Əlimdə zəhər özümü o qədər xoşbəxt hiss etdim ki , sanki mən lotoreyada uduşlu bilet qazanmışdım. Bəlkə, ondan da böyük bir uduş idi, çünki lotoreyadan uduşu xərcləmək mümkündür, ölüm isə həmişəlikdir.”
Düşünürəm ki, əsərdə yalnız pessimist düşüncə yox, insanı həyata döndürmə mübarizəsi verən qəhrəmanımızın optimist fikirləri də yer alırdı. Başlığı da bu fikirlərdən biri ilə açmışam.
«Leytenantdan imperatorluğa qalxmağa nail olan Napaleonyn timsalında görürük ki,həyatda hər şey mümkündür.»
Əsərdə ən çox bəyəndiyim saf sevgi hissləri və düşüncələri, yazarın incə nüanslara, toxunuşlara önəm verməsi oldu.
O məni çəkdiyim əzablara görə sevirdi,
Mən isə onu -bu əzablara can yandırmasına