Nəzrin Fərhadlı

Nəzrin Fərhadlı
İçində böyüdüyüm dünya ilə, bu gün içində yaşadığım dünya və bunların ikisi arasındakı dünya mənim anlayışıma görə tamamilə fərqli dünyalara çevrilib, get-gedə bir-birindən ayrılırdılar.
Hisslərin sükutundan daha yaxın olan hər kəsə..
Puan vermedi·376 syf.··
2022 26. kitabı
·
30 saatte okudu
·
Okunma: 07 Kasım 2022 18:03
Həyatınızdan məmnun olmağınız üçün ən gözəl səbəblərdir ; hisslərinizə önəm verən, səssizliyinizi anlayan insanların əhatəsində olmaq. Kimilərimiz daha yaxın olarıq bu əhatəyə, kimilərimiz isə ora çatmaq üçün ardı- arası kəsilməz mübarizə aparar. Obrazımız Adel də bu ikinci insanlara aid idi. Doğrusu, əsəri oxuyanda başlarda ona qarşı mənfi emosiyalarım var idi. Amma sevgi haqqında düşüncələri, mübarizə ruhu və ağılı məni özünə bağladı. Zəngin bir ailədə böyüyən Adelin atasını itirməsi ilə başlayır romanımız. Əslində beynimdə bu cümlə var idi “klassik xarici film” mövzulu daha bir roman. Ancaq bunu öyrəndim ki, hər mövzuda olduğu kimi ön yarğını qırağa qoymaq lazımdır. (Bu arada siz mənim "ancaq, amma" bağlayıcılarımı çox görəcəksiniz. Insanın zidd fikirlərini öyrənməsi hər dəfə qismət olmur :D ) √Dan Brawn, təsirini o qədər hiss etdim ki, əsər boyu yeni məlumatlarla qarşılaşdım. Doğrusu, çoxusu ilə əvvəldən tanış idim. Amma dünyagörüş formalaşdırmaq cəhətdən olduqca yaxşı məlumatlara sahibdir. Hansı ki, mənim üçün psixoloji tədqiqatlar olduqca maraqlıdır. Turan Həsənli, sizi “Rosenhan eksperimenti”, “Bamba ekperimenti” ilə tanış edəcək, Kvant fizikasından tutmuş, gündəlik sağlamlığımız haqqında araşdırma aparmağa səsləyəcək. Əlbəttə, mövzularla bağlı araşdırma aparmaq sizin öz seçimizdir, müəllif yaxşı istiqamət vericidir. √ Doğrusu,romandakı fərqliliyi sonlara doğru çox hiss etdim. Yazar, Adelin zəkası ilə çox təsirli son nümayiş etdirdi. Dialoqların elmi məlumatla çox olması, insanı süjetdən bir az uzaqlaşdırır, buna baxmayaraq, qeydlər aparın və oxuyun, son sizi valeh edəcək. Və unutmayın.. ~Hər son bir başlanğıcdır.
Kitap Yorumu
KomaTural Hesenli · 214748364736 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?

Nəzrin Fərhadlı

, bir kitap okudu
Puan vermedi·376 syf.··
30 saatte okudu
·
2022 26. kitabı
Tural Hesenli
8.3/10 · 36 okunma
"Sahib olduğunuz azadlıqlar belə, doğuldunuz ölkənin müstəqillik tarixləri ilə bağlıdır."
Sayfa 241·Kitabı okudu
Özgürlük
“Torpağın altındakı bir nəfərlik taxtadan evlərin kirayəsi bir ölüm,bu dünyada dərd əzablı cəhənnəmin qiyabisi bir ömürdür.”
Sayfa 107·Kitabı okudu
Dram
“Cənnəti aşağıdakılar əməlləri, yuxarıdakılar isə pulları ilə qazanırdı. Başqa bir bənzətmə ilə aşağıdakılar cəhənnəmə, yuxarıdakılar cənnətə yaxın idi.”
Sayfa 80·Kitabı okudu
Din