Sayının həlli yox dünya hasilin,
Keçmişə qarışdı sirri alimin.
Bilinməz yəqini qədim tarixin,
Həqiqət, yalanı rəvayət qədər.
Həyat rəngli deyil, boyanıb siyah,
Elə bil gizlənib bəlli bir izah.
Haramı yığıbdır hiyləgər tamah,
Zərəri az deyil, cinayət qədər.
Qüssənin içində tükənmir nəfəs,
Şeirdə həvəs var, yazılmır əbəs.
Yuxusuz gecələr qaranlıq qəfəs,
Fikirlər beyində sirayət qədər.
Xeyir şər əliylə çıxdı özündən,
Bununçün gedəcək əyri izindən.
Ürəkdə bəslənən nifrət üzündən,
Yığılıb günahlar kifayət qədər.
Əziz Qənbərov