Səməd İmran

Səməd İmran
@Detective15
Kitab sevər müəllim.
Ədəbiyyat müəllimi
Azərbaycan dili və Ədəbiyyat
Bakı
Bakı, 30 Mayıs 1990
59 okur puanı
Haziran 2023 tarihinde katıldı

Səməd İmran

, bir kitap okudu
10/10
·296 syf.·
Beğendi
·
2023 237. kitabı
Ayşe Kulin
7.6/10 · 8,2bin okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Nöqtəni qoydum.
Qələmim başlayıb təzə sətrinə, Bitməyib sözlərim ardı var hələ. Bu şeir dəyəcək kimin xətrinə ? Suala cavabla məndə üz gülə. Bu bəntdə sözümün vardır nidası, Dolubsa daşmadı harın sandığı. Boynundan bilinir yağlı qidası, Qudurdar yaltağı yalın artığı ! Sahibi baxanda elə hey deyir, Təriflər dayanmır vergül uzandı. Doğru söyləyəni gözüynən yeyir, Bununçün özünə xalta qazandı. İndi qabaqcılda düşüncə yoxdur, Olsun ki, kütləyə paylasın ehsan. Dırnaq arasında “ağıllı” çoxdur, Hardadır ürəyi saf-təmiz insan ? “Vardadır ədalət, puldadır hörmət”, Söylənən nağıldan vallahi doydum. Səadət düzgünə olmadı qismət, Yekunda söhbətə nöqtəni qoydum. Əziz Qənbərov
Edebiyat

Səməd İmran

, bir kitap okudu
10/10
·166 syf.·
Beğendi
·
2023 232. kitabı
Elçin
9/10 · 11 okunma
Başqadı, başqa
Yazıram yenədə düşünüb dərin, Xeyiri çox azdır, bu qədər şərin. Dünyanın malını gəmirənlərin, Zəlisi başqadı, ilanı başqa. Çiçəyi gül açdı quruyan bağın, Bəlkə də sonudur bu ot-alağın. Təzələr köhnəylə qarışan çağın, Yenisi başqadı, solanı başqa. Qəlbində hissinə qarşı duranın, Ağılla seçəcək sevgili yarın. Ağılı bir qarış, duman olanın, Sevgisi başqadı, yalanı başqa. Əziz sən qoyma ki həvəs tükənsin, Sözlərin ox kimi pisləri dəlsin. İnanma bu dünya birdə düzəlsin, İtkisi başqadı, qalanı başqa. Əziz Qənbərov
Hayata Dair