Səməd İmran

Səməd İmran
@Detective15
Kitab sevər müəllim.
Ədəbiyyat müəllimi
Azərbaycan dili və Ədəbiyyat
Bakı
Bakı, 30 Mayıs 1990
59 okur puanı
Haziran 2023 tarihinde katıldı

Səməd İmran

, bir kitap okudu
10/10
·166 syf.·
Beğendi
·
2023 232. kitabı
Elçin
9/10 · 11 okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Başqadı, başqa
Yazıram yenədə düşünüb dərin, Xeyiri çox azdır, bu qədər şərin. Dünyanın malını gəmirənlərin, Zəlisi başqadı, ilanı başqa. Çiçəyi gül açdı quruyan bağın, Bəlkə də sonudur bu ot-alağın. Təzələr köhnəylə qarışan çağın, Yenisi başqadı, solanı başqa. Qəlbində hissinə qarşı duranın, Ağılla seçəcək sevgili yarın. Ağılı bir qarış, duman olanın, Sevgisi başqadı, yalanı başqa. Əziz sən qoyma ki həvəs tükənsin, Sözlərin ox kimi pisləri dəlsin. İnanma bu dünya birdə düzəlsin, İtkisi başqadı, qalanı başqa. Əziz Qənbərov
Hayata Dair
Qanırsa, qansın.
Çətindir qəlbimə deyə bilmirəm, Küllənən sevdada yanırsa yansın. Qürurum olmasa xoşa gəlmirəm, Deyirəm anlasın, qanırsa qansın. Ürəyim hökm edib, gözüm izləyib, Gördüyü nə varsa doğru görməyib. Adi bir nəzərə məna yükləyib, Yalandan məhəbbət sanırsa sansın. Hislərin deyəsən dərdi mənlədir, Toplayıb üstümə, yığıb cəmlədir. Ürəyin yanlışı dəfələrlədir, Səhvini gizlədib danırsa dansın. Zamanın hökmü var saniyələrdə, Ürəyim tədirgin, vahimələrdə. Bilmirəm nə tapıb xatirələrdə, Keçmişə qayıdıb, anırsa ansın. Əziz Qənbərov
İnsan ve Duygular
Həqiqət nifrətimdədir.
Haçandır nifrətim hökm edir mənə, Ürəyim yovuşmur sevgi səsləyəm. Satılan hislərə ardır təntənə, Varlı heç kasıb qız istəyər bəyəm ? Xəyanət doğular sevgi bazarsa, Haramdır səbəbi deyilmi bəlli ? Edilən gümanı tamah pozarsa, Şeytanın hiyləsi tutdu əməlli. İnsanlıq önəmsiz əsas ticarət, Alverin rəqabət həddi çatıbdır. Zənginin hisləri yüksək hərarət, Yoxsulun qəlbində duyğu yatıbdır. Sözlərim hər kəsə bal dada bilməz, Etdiyim qəbahət hörmətimdədir. Danışır gözlərim aldada bilməz, Yalan yox, həqiqət nifrətimdədir. Əziz Qənbərov
İnsan ve Duygular

Səməd İmran

, bir kitap okudu
10/10
·130 syf.·
Beğendi
·
2023 231. kitabı
İsmayıl Şıxlı
10/10 · 4 okunma