Leyla Lee

Leyla Lee
@Diana_lee
11 okur puanı
Haziran 2023 tarihinde katıldı
Üşüməkmi? İnsanın ürəyində milyonlarla günəş yananda, o heç üşüyərmi?!
Sayfa 178
Reklam
" Bu bir il içində bir neçə dəfə özümü saxlaya bilməyib ağlamışam. Bunların heç birində bu gecə göz qapaqlarımın içini yandıran yaşdakı bu acılıq yoxdu. O vaxt eləcə gözlərim ağlamışdı, bu gecə isə könlüm ağlayırdı."
Sayfa 232
320 syf.
10/10 puan verdi
Bu, Elxan Elatlının oxuduğum 4-cü kitabıdır. Və digər 3 kitab kimi, bunun da mükəmməl olduğunu əminliklə söyləyə bilərəm. Roman o qədər axıcıdır ki, nə vaxt başlayıb nə vaxt qurtardığını hiss etmədim belə. Məncə, kitab sona qədər maraqlı davam edir. Çox bəyəndim,və tövsiyə edirəm. Mövzusuna gəlsək, kitab Qasımlının telefon dostu olan Humayın ölüm xəbəri ilə oyanması ilə başlayır. Bu qızın gözündəki kədəri görmüş olan Qasımlı ona vaxtında kömək əlini uzatmadığına görə vicdan əzabı çəkir. Buna baxmayaraq, polkovnik qatili tapmaqda qərarlıdır. Qırmızı plaşlı qadın kimdir? Mədətov həmin gün niyə oraya gəlmişdi? Qasımlının gördüyü izləri görəndə niyə dinmədi? Və ən əsası, niyə Qasımlını izlədirdi? Hekayənin gedişatında bu suallar bir-bir öz cavabını tapır. Həmçinin kitabda obrazların həyat hekayələrinə də toxunulur, bu sayədə biz hər bir obrazla yaxından tanış oluruq. Bir sözlə,oxusanız peşman olmayacaqsınız.
Görünməyən İzlər
Görünməyən İzlər
Elxan Elatlı
Elxan Elatlı
Görünməyən İzlər
Görünməyən İzlərElxan Elatlı · İdeal Print · 2010443 okunma

Okur Takip Önerileri

Tümünü Gör
Leyla Lee

Leyla Lee

, bir kitap okudu
320 syf.
10/10 puan verdi
Görünməyən İzlər
Görünməyən İzlərElxan Elatlı
8.2/10 · 443 okunma
— Düz deyirsiniz. Amma yanımızda biri yıxılanda gərək gözləməyək ki, o bizi çağırıb yerdən qaldırılmağını xaiş etsin. — Sizin düşündüyünüz kimi adam yoxdur indi, – dedi. –Heç kəs heç kəsə təmənnasız yardım etmir. Edəndə də eləsini axmaq sayırlar.
Sayfa 178Kitabı okudu
Reklam
Reklam
43 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.