Leyla Lee

Leyla Lee
@Diana_lee
Başlamaq üçün mükəmməl olmaq məcburiyyətində deyilsən, amma mükəmməl olmaq üçün başlamaq məcburiyyətindəsən.
Cəfər Cabbarlı- “Sevil” əsəri
10/10
·96 syf.··
Beğendi
·
2025 17. kitabı
Bir dostumun tövsiyyəsi ilə Cəfər Cabbarlının “Sevil” pyesini oxumağa başladım. Və, çox şübhəsiz, deyə bilərəm ki, həqiqətən, ən azından, hər bir azərbaycanlı qadının oxumalı olduğu əsərdir.. “Sevil” pyesini oxuya-oxuya çox düşündüm… Hər şeydən əvvəl, Sevilin ən başda yaşadıqlarında kimdir günahkar? Yüksək cəmiyyətlərə ayaq uydurmağa çalışan Balaşın onun ən çətin anlarında yanında olan yoldaşını, onu oxutdurub bu günlərə çıxaran atasını əzib-keçməsi, çıxdığı qını bəyənməyib onu sevənlərə xəyanət eləməsi, nankorluğu idi mi təqsirkar? Yoxsa cəmiyyətin ziyalı qadınlarından sayılan Dilbərin puluna görə Balaşın ailəsini “dağıtması” mı? Yox, bu ailəni Dilbər dağıtmamışdı, bu ailəni öz nankorluğu ilə Balaş dağıtmışdı, əlindəkinin qədrini bilməmiş, öz yoldaşından utanmış, onu aşağılamış, və tərk etmişdi. Bu hekayənin təqsirkarı əsla Dilbər deyildi, xəyanəti eləyən Balaş idi. Amma ərini ilahiləşdirən, onu həddindən artıq qiymətləndirən, öz dəyərini bilməyən, hər hərəkətini Balaşın xoşuna gəlib-gəlməyəcəyi ilə ölçən Sevil də müəyyən qədər təqsirkar idi, fikrimcə. Sevil, cəmiyyətin “yaxşı qız” adlandıraraq bəzədiyi, əslində isə qurban psixologiyalı bir obraz idi. Ərinə gərəyindən çox sitayiş edir, əri Allahın kölgəsi adlandırırdı. Öz dəyərini bilmirdi, özünə dəyər vermirdi. Elə bu səbəbdən idi başına gələnlər. Lakin, xoşbəxtlikdən, Gülüş Sevili bu qurban rolundan çəkib çıxartdı. Yeri gəldi, Sevil öz dəyərini bilməyəndə onun yerinə ətrafındakıları susdurdu: * * * Balaş. Edilya, siz onu adam yerinə qoymayın, o bacarmaz. Gülüş. O, çox şeyi çoxlarından yaxşı bacarır. (Səh. 47) * * * Yeri gəldi, dili iti və sərt olsa da, Sevilə dik durmalı olduğunu, bu həyatda qurbanlara yer olmadığını, başqasından dəyər gözləmədən, öz dəyərini özünün bilməli olduğunu başa saldı: * * * Gülüş.
SevilCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2020618 okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
10/10
·72 syf.··
Beğendi
·
2025 14. kitabı
Bir insanın dəli olduğunu sübut edən nədir? Onun digər insanlardan fərqli davranması, paranoyaya qapılması mı? Bəs dəlixanalar nə üçün var? Ruhi xəstələrin şəfa tapması üçünmü? Axı dəlixanalardakı vəziyyət o qədər bərbad və acınacaqlıdır ki, oraya düşən ağıllı insan da bir müddət sonra dəli olar. Bəs buna niyə müdaxilə etmirlər? Çünki bu vəziyyətdən şikayət eləyə biləcək potensial insanların hamısı “dəlilərdir”. Bir dəlini kim ciddiyə alar, bir dəliyə kim inanar ki?! Kitabda, ruhi xəstə sayılan, oxumuş adam olan İvan Dmitriç doktor Andrey Yefimıçə daim dəlixanadakı bu özbaşına vəziyyətdən şikayət etməkdədir. Bu palatada məruz qaldıqları ədalətsizliklər, bərbad yaşayış tərzləri, bir dəlini müalicə etməkdən çox, ölənə qədər normal insanlardan təcrid etmək məqsədi daşımaqdadır. Bəs bu ruhi xəstələrin vəziyyəti? Hansısa xəstəlikdən, paranoyadan əziyyət çəksələr də, nəticə etibarilə onlar da bir insandır, və insan kimi davranılmağa layiqdirlər. Amma hətta müasir palatalar üçün belə bu aktual deyil. Ruhi xəstələrə xəstəxanalarda heyvan kimi rəftar edilir, onlar təhqirə məruz qalır, döyülür, söyülür, alçaldılırlar. Amma niyə? Ümumiyyətlə sağlam insanla dəli arasındakı fərq nədir? Ya da dəli adlandırılıb xəstəxanaya göndərilən xəstələrin diaqnozu nə dərəcədə düzgün və dəqiq qoyulur? Ruhi xəstəxanalarda xəstələrlə düzgün rəftar edilirmi, müalicələri üçün əllərindən gələni edirmi həkimlər? Xəstənin müalicəsinin düzgün getdiyinə və vəziyyətinin yüngülləşdiyinə düzgün nəzarət olunurmu? Fikrimcə, Rosenhan eksperimenti bu haqda öz sözünü yetərincə deyir, bu yalnızca bir roman mövzusu deyil, kimsənin diqqətə almadığı aktual bir problemdir.. Və günümüzə qədər də, təəssüflər olsun ki, hələ də aktuallığını qoruyub saxlayır.. Doktor Andrey Yefimıç xəstəsinin bütün şikayət və
Altıncı KoğuşAnton Çehov · Türkiye İş Bankası Kültür Yayınları · 202687,3bin okunma
8/10
·256 syf.··
Beğendi
·
2025 10. kitabı
·
5 günde okudu
·
Okunma: 29 Ağustos 2025 00:00
Sabahattin Ali-nin oxuduğum ilk kitabı olan “İçimizdeki şeytan” əsəri, istər hekayəsi, istərsə də fəlsəfəsi baxımından bəyəndiyim kitablar sırasında yerini aldı. Hekayə Ömər və Macidənin bir-birlərini 2 həftə qədər az bir müddət ərzində tanımaqlarına baxmayaraq aşiq olub evlənmələri ilə başlayır. Lakin ani bir həvəslə, gələcək haqda düşünmədən belə bir addım atan bu iki gənc, evləndikdən qısa müddət sonra həm maddi baxımdan sıxıntılarla üzləşir, həm də xarakter baxımından nə qədər zidd olduqlarının fərqinə varırlar. Ömər, 30 yaşına yaxınlaşmağına baxmayaraq, ani həvəslərin arxasıyca qaçan, bir işin ucundan tutmayan, öz iradəsini idarə edə bilməyən, içində olduğu mühiti sevməməsinə baxmayaraq uzaqlaşa da bilməyən, hələ böyüməmiş uşaq kimidir. Elədiyi bütün pislikləri, öz iradəsi ilə etmədiyini, bunları ona “İçindəki şeytan”-ın məcbur etdiyini deyir, və buna özünü də inandırırdı. Digər tərəfdən Macidə isə yaşı ilə müqayisədə daha yetkin, daha ciddi, və öz iradəsinə hakim olmağı bacaran bir qızdır. Musiqi təhsili alan tələbə olan Macidə, Ömərin bu uşaq xasiyyətini bəyənmədiyi halda, onu dəyişdirə biləcəyinə inanaraq onunla evlənmişdi. Əslində bu iki gənci bir-birinə bağlayan saf sevgidən əlavə, daha çox bu idi: Ömər Macidənin onu dəyişdirə biləcək qədər güclü iradəsinə inanmış, Macidə isə Ömərin ona yaşamaq üçün möhtac olmasını sevmişdi. Ancaq zaman keçdikcə, hər ikisi anlayır ki, Ömər özü istəmədikcə Macidə onu dəyişdirə bilməz. Həmçinin, bəlkə də uzun illər çəkəcək bu mübarizəni Ömər tək başına, öz içində həll etməli, və heç bir günahı olmayan Macidəni bu yolda özü ilə bərabər həba etməməlidir. Kitabın bir hissəsində, Macidənin Ömərə yazdığı məktubda deyildiyi kimi, əgər bu iki gənc bir-birlərinə bir neçə il sonra təsadüf etmiş olsaydılar, biz tamamilə başqa sevgi
İçimizdeki ŞeytanSabahattin Ali · Yapı Kredi Yayınları · 2019209,1bin okunma
•Spoiler var•
8/10
·343 syf.··
Beğendi
·
2025 5. kitabı
·
10 günde okudu
·
Okunma: 16 Temmuz 2025 15:45
Yazıçının ilk kitabının bu qədər gözəl qələmə alınmasını, və maraqlı süjet xəttinin olmasını gözləmirdim, açığı. İlk olmasına baxmayaraq olduqca uğurlu bir əsərdir. Kitabı başdan sona maraqla oxudum. Kitabın hər hissəsində ayrı həyəcan keçirir, hər səhifəni çevirəndə yeni şok keçirdirdim. Kitabda obrazların həyatlarının ayrılıqda işlənməsini, keçirtdikləri emosiyaların ustalıqla qələmə alınması sayəsində obrazlarla empatiya qura bilməyimizi sevdim. Daha çox yaxınlarını itirən obrazlarla, Nərminlə, İmranla empatiya qurmaq asan oldu. Digər tərəfdən, qatillərlə, həmçinin Fərhadla yetərincə empatiya qurmamağımız məni bir az təəssüfləndirdi. Belə ki, Fərhadla Nəzrinin hər ikisinin psix olduğunu düşünürəm. Ən çox da Nəzrinin. Fərhadın Nəzrinə, Nəzrinin isə ailə həyatı qurmağa “takıntılı” olduğunu düşünürəm. Əks halda Nəzrinin cinayət işləmə səbəblərini başa düşə bilmirəm. Ən başda, hələ Hafizlə nişanlı olanda, Fərhadın ailəyə soxulmağa çalışdığını anlayanda niyə nişanı atmadı?(nəzərə alaq ki, Hafizi sevmirdi) Və ya kitabda dediyi kimi, əgər Fərhadı, Xədicəni, Nəzakəti öldürməyinin əsasında “uşağını atasız böyütməmək” motivi dururdusa, niyə 3 nəfəri qətlə yetirmək yerinə sadəcə uşağını abort etmədi? Bir ana üçün uşağının abortunun asan məsələ olmadığını bilirəm, amma hər halda 3 nəfəri öldürməkdən daha yaxşı variant idi. Həm də uşaq sevdiyi birindən də deyildi. Yəni qısacası, Nəzrinin öldürməkdən başqa çarəsi olmadığını düşünmürəm, əksinə, ailə həyatı qurmağa takıntılı psix olduğunu düşünürəm. Kitabda ən bəyəndiyim obraz, şübhəsiz, İmran oldu. Onun həyat yoldaşına olan sonsuz sevgisi, işinə olan bağlılığı, yaxşı bir ata olmağa çalışması… Qüsursuz obraz olmasa da, ən çox empatiya qurduğum, və ən sevdiyim obraz olmağı bacardı. Ümumiləşdirsəm, kitabı bəyəndim. Çox maraqlı,
Məktubdakı QadınMürşüd Mehdi · Qanun Nəşriyyatı · 2024266 okunma
Cəlil Məmmədquluzadə - "Ölülər"
10/10
·96 syf.··
2025 1. kitabı
·
24 saatte okudu
·
Okunma: 16 Haziran 2025 08:04
Kitabı dünən səhər oxuyub bitirməyimə baxmayaraq hələ də təsirindən çıxa bilmirəm. Tək kəlimə ilə mükəmməl bir kitabdır. Cəlil Məmmədquluzadə o dövrün cahilliyini ustalıqla tənqid edib. Camaatın Kərbəlayı Fətullahın dirilməyinə sorğusuz-sualsız inanması, elmə dəyər verilməməsi, cahilliyin baş alıb getdiyi şəhərdə dini vasitəyə çevirərək camaatı aldatmağın asanlığı, qadınların haqqlarının, demək olar ki, olmaması o qədər gözəl tənqid obyektinə çevrilib ki.. Amma mənə əsas təsir edən, bu problemlərin yalnız o dövr üçün aktual olmamasıdır. Hazırda da kitabda tənqid obyektinə çevrilən məqamların problem olaraq öz aktuallığını qoruması acınacaqlı vəziyyətdir. 1909-cu ildə yazılan əsərdəki problemlərin üstündən bir əsrdən çox vaxt keçməsinə baxmayaraq hələ də həll olunmaması.. Ölülərin dirilməyinə inanacaq qədər olmasa da, hələ də cəmiyyətin dövrümüzə görə cahil qalması, elmə yetərincə dəyərin verilməməsi, xüsusilə rayon bölgələrində qız uşaqlarının təhsilə yox, evliliyə cəlb olunması.. Mənim yaşımdakı qızların(16) evlənməsi, ya da ən azından tək fikirlərinin "ərə getmək" olması, rayona gedəndə hələ də "həyətdən çölə çıxma, camaat deyər "özünü kimə göstərir?" " ; "qızımı tez evləndirim, qoy çörək yeyənlərimizdən biri azalsın" ; " Oxuyub nə olacaq, onsuz da oxuyan da iş tapmır" cümlələrini eşitməyim, pirləri ziyarət edən, dini araşdırmadan, dildən-dilə eşitdikləri ilə dinə inanan insanları görmək bu camaatın üzərindən hələ də "ölülər" ləqəbinin götürülmədiyini anlayıb kədərlənməyimə səbəb olur. Bəli, biz hələ də "ölülər"ik, amma, təəssüf ki, daha nöqsanlarımızı tənqid edərək bizə göstərən, və bizi intibaha doğru yönləndirən "Cəlil Məmmədquluzadələr" yoxdur... Kitabı oxuduqdan sonra filminə baxdım(" O dünyadan salam"). Komediyanın ardıcıllığına əməl olunmasa da, əsərdəki bəzi
Edebiyat
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,278 okunma