İşıq

Unutmadıq!
10 il keçdi.Ancaq yaramızın üstü hələ də qabıq qoymayıb,qoymayacaq.Hər şey dünən kimidir… O qorxu,o həyəcan,o yalvarış,atamın gecəylə bizi evdə tək qoyub səngərə getməsi və yaşaya bilmədiyimiz uşaqlıq illəri… Müharibə bizdən uşaqlığımızı,gəncliyimizi aldı… Müharibə bizdən ən sevdiklərimizi,uşaq vaxtı qazandığımız əmi-dayıları aldı… Müharibə bizdən bir tək atamızı almamışdı.Onuda bir mina apardı… Bu il yas saxlamayacaqsan.Çünki,doğum gününü Şəhid qardaşlarınla birlikdə qeyd edəcəksən,ata…❤️‍🩹🥀 Ruhlarınız şad olsun…🙏🏻🥀

İşıq

@EfruzeEhmedovaaa
·
Aprel döyüşləri
İndiki kimi yadımdadır.2 aprel şənbə günü idi.8-ci sinifdə oxuyurdum.O vaxtı bizdə şənbə günüdə dərs olurdu.Axşamdan çantamızı,dərslərimizi hazırlayıb,səhəri dərsə getmək üçün səbrsizliklə yatdıq.Amma axşam eşitdiyimiz o səslər,atama dayanmadan gələn zənglər,atamın yuxulu-yuxulu zəngləri açıb sonradan müharibə başladığı xəbərini deməsi,əsgərlərin atama zəng edib:-"Dayı təkik nolar gəl yanımıza" demələri... Atam həmin günü bizi evdə qoyub getdi.Səbəbində soruçanda:-"Ordakılarda mənim balamdı axı,onlarında yanında olmalıyam" dedi.Atam hələ evdən çıxmamış qonşuların yavaş-yavaş qəsəbədən çıxdıqların görəndə,hərbiçi övladı olmaq nə deməkdir çox yaxşı anladım.Səhəri diri gözlü açdıq.Qonşumuzda bir qoca kişi var idi.Məhləmizin ağsaqqalı rəhmətlik Qurban kişi.Onlar səhər evdən çıxmağa hazırlaşanda bizə yaxınlaşıb:-"Gəlin bizlə gedək maşında yer var"dedilər,biz isə ağlayaraq atamızı gözlədiyimizi dedik.Baba ağlaya-ağlaya atama zəng edib:-"Xanı,bala mən evdən çıxıram amma uşaqları burda qoyub gedə bilmərəm,deyirəm gedək,deyirlər atamızı gözləyirik" dedi.Atamda: "Siz gedin,yoldayam gəlirəm" dedi.Gəlirəm sözünə nətər sevinmişdik bir bilsəz.Nəhayət atam gəlib çıxdı.Sanki müharibə deyil,çöldə dünya dağılmır kimi,rahatca gəlib evə keçdi.Yemək hazırlayın yeyim dedi.Tez olsun deyə anam yumurta bişirdi.Heç bəlkədə o yumurtanı nətər yedi özüdə bilmədi.Bitirəndən sonra üzümüzə baxıb "çıxmaq istəyirsiniz evdən?"dedi.Bizdə sakitcə başımızı salladıq.Gülərək"səy uşağı nədən qorxursunuz,siz mənim balalarımızsınızey"dedi.Amma nəhayət bizi evdən çıxardı.Çox uzağa apardı desəm yalan olar.Qonşu kənd Üçoğlana,rəhmətlik babamın evinə apardı.Bizi onlara,onlarıda Allaha əmanət edib,görüşüb kənddən çıxdı.2 günü orda keçirdik.Aprelin 5i atamın doğum günü idi deyə şirniyyat falan bişirib guya səhəri
Düşünce
Reklam
Hər şey üçün təşəkkürlər,Qoca Çinar🥀

1000Kitap

@1000Kitap
·
İlber Ortaylı’yı kaybetmenin derin üzüntüsünü yaşıyoruz sevgili okurlar. 1000Kitap verilerine göre İlber Ortaylı, bütün zamanların en çok okunan 16. Türk yazarı. Kitapları 152 bin kez okundu, eserlerinden 100 binlerce alıntı yapıldı. En çok okunan kitabı ise Bir Ömür Nasıl Yaşanır? oldu. Tarihe, düşünce dünyamıza ve okurların hafızasına bıraktığı iz uzun yıllar yaşamaya devam edecek. Edebiyatımızın başı sağolsun.

İşıq

, bir kitap okudu
Puan vermedi·367 syf.·
14 günde okudu
·
Okunma: 11 Mart 2026 18:47
·
2026 4. kitabı
Elhan Elatlı
9.1/10 · 1.202 okunma
Ata...
“Cəhənnəmdən gələn səs” niyə belə qəribə kitablar oxuyursan? dedilər. "İçində ki,bu cümləyə görə" deyə bilmədim,ata...
Hər şey tamam fərqli ola bilərdi
Ancaq hamı susurdu...Müasir dünya dəhşətli insan qırğını görməmişdi və maraqla gözləyirdi.Gözləyirdi ki,görsün,torpağın qara üzü günahsız insanların qırmızı əti ilə örtüləndə necə görünür?!
Reklam