Axtarış tarixçəsi, bir növ, dedektiv süjetinə bənzəyirdi.Biz bilirdik ki, səhifənin sonundakı sirr mütləq açılacaq, düzü , bu həqiqətə çatmaq üçün nə qədər vaxt lazım olduğunu bilmirdik.
Mümkün cavab barədə üçüncü və ya dördüncü dəfə həyəcanlandıqdan və hədəfə yaxınlaşdığımızı hər dəfə bu sayaq tez düşündükdən sonra ertəsi gün yeni dəlillər bunu təzkib edirdi.
Şəxsən mən özüm molekulyar biologiyanın kəşflərinə görə heç bir halda məyus deyiləm, əksinə, görün həyatımız necə möhtəşəmdir və məna doludur.
DNT-nin rəqəmsal zərifliyi isə bir möcüzədir!
İmmanuel Kant yazmışdı: "İki şey haqqında mütəmadi və davamlı düşündükdə qəlbimi hər zaman yeni və daha güclü məftunluq və ehtiram hissləri bürüyür, bu, ulduzlu səma və daxilmdəki əxlaq qaydalarıdır".