elgun mammadov

Dünyanın bütün canlıları iki yerə bölünürlər: yeyənlər və yeyilənlər.Qanun isə belə deyirdi: ye,yeməsən sənin özünü yeyəcəklər!
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Bütün əcdadlarından qalan şübhə kimi bu gündən onun da içində şeylərin zahiri görünüşünə inamsızlıq kök salacaqdı.O,hər şeyə şübhə ilə baxacaqdı.Şeylərin həqiqətdə necə olduqlarını tanımaq üçün əvvəlcə onları yoxlayacaqdı.
O öz canavar vəzifəsini yerinə yetirirdi.Elə bunun üçün də doğulmuşdu.Axıra qədər döyüşdü.Həyatın ali məqsədini yerinə yetirərək öz varlığını da təsdiq etdi.Çünki həyat o vaxt zirvəyə qalxır ki,bütün qüvvələr qarşıya qoyulan məqsədin həyata keçirilməsinə yönəldilsin.Yalnız bu anlarda həyat həyatlığında qalır.
Canlılardan gərək qorunasan.Cansızlar həmişə bir yerdə durur.Canlılar hərəkət edir.Onların nə edəcəklərini qabaqcadan bilmək olmur.Canlılardan nə desən gözləmək olar,onlarla ehtiyatlı olmaq lazımdır.