İnsanlar uğur əldə etdikdən sonra səninlə birlikdə qalib gəldikləri çətinlikləri unudurlar. Ehtiyacdan yaranan sədaqət, sədaqət deyil. İnsanların sizə olan ehtiyacları bitdikdə, onların sədaqəti də sona çatır. Çünki minnətdarlıq hissi daşıya bilməyəcək qədər ağır bir yükdür. Bir insana artıq ehtiyacınız olmadığı hal da ona dəyər vermək, ona sədaqət, qayğı göstərmək, dəyərini bilmək, ruhun və xarakterin nəcibliyinin ortaya çıxması deməkdir. Sadiqliyi sonradan heç kimə öyrətmək olmaz, o ya var, ya da yoxdur. Vəfasızlığın tüğyan etdiyi, maraqların, şəxsi mənafelərin, intriqaların və ən əsası, vəfasız insanlara dəyər verildiyi bu dövr də daha çox sədaqətdən danışmaq lazımdır. Ailəyə, qohumlara, dostlara, təbiətə, heyvanlara və hətta, əşyalara belə sədaqət var. Unutmayın, yaxşı bir xarakteri yaradan parçalardan biri də məhz sədaqətdir.
Sədaqət hər şeyin təməlidir. Cəlaləddin Ruminin dediyi kimi, "sevgi olmadan hörmət, hörmət olmadan isə sadəqət olmaz. Bunlar üç mərtəbəli bina kimidir, sədaqət olmasa, hamısı dağılar".