Emin

Emin
Evolutionary biology boxd.it/37Y6P
21 Kasım 1999
161 okur puanı
Nisan 2020 tarihinde katıldı
8/10
·616 syf.··
Beğendi
·
2026 5. kitabı
·
1648 günde okudu
·
Okunma: 13 Nisan 2026 14:13
Bu kitabı masa arxasında oturaraq təhlil edib fikirlərimi yazıya çevirməkdə heç bir problem görmürəm. Amma məsələyə fərqli prizmadan baxsam necə? Məsələn, bədənimin və nəsillər boyu keçdiyi təkamül nəticəsində əldə etdiyim fiziki xüsusiyyətlər məhz bu cür fəaliyyətlər - masa arxasında rahat oturub barmaqlarımla yazmaq və düşünmək üçünmü formalaşıb? Əgər belədirsə, niyə bu şəkildə davam etmək və fiziki aktivlikdən uzaq qalmaq məni bir müddət sonra xəstə edə bilir? Yoxsa bədənim milyonlarla il əvvəlki həyat şəraitinə uyğunlaşmış formadadır və müasir həyat tərzi ilə tam uyğun gəlmir? Bu kitabı ilk gördükdə diqqətimi çəkən şeylərdən biri onun özündə 3 anlayışı birgə şəkildə əlaqələndirməsi oldu: sağlamlıq, xəstəlik və təkamül. Bunları ayrı-ayrılıqda oxumaq üçün kifayət qədər maraqlı və bir o qədər də faydalı kitablar var. Ancaq üç anlayışı birlikdə gözdən keçirmək daha fərqli baxış bucağı yaradır. Mənim oxuduğum kitablar arasında Daniel E. Lieberman -ın əsəri xüsusi yer tutur. Prof Liebermanın etdiyi də məhz budur: xəstəlik və sağlamlığımıza təkamül perspektivindən baxmaq. Bu məqamda Theodosius Dobzhansky-nin məşhur ifadəsi yada düşür: “Təkamülün işığı olmadan biologiyada heç bir şeyin anlamı yoxdur”. Həm də hadisələrə 6 milyon il əvvəldən baxmaq bu kitabı anlamaq üçün çox önəmlidir. Yazar insanın insana bənzər primatlardan bu yana keçdiyi təkamül prosesini, dəyişən mühitə uyğunlaşaraq formalaşan fiziki xüsusiyyətlərimizi (necə ikiayaqlı olduğumuzu, beynimizin və qida rasionumuzun dəyişməsini və s.) hamısını ələ almağa çalışır. Və keçmişdən bu günə doğru izah edə-edə gəldikdən sonra artıq sənaye inqilabına və oradan da günümüzə qədər ətraf mühitdə baş verən dəyişiklikləri və bizim vücudlarımızın bundan necə təsirləndiyini izah edir. Elə “İnsan vücudunun hekayəsi” adının da haqqını
Alıntı
İnsan Vücudunun ÖyküsüDaniel E. Lieberman · Say Yayınları · 2015199 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
9/10
·214 syf.··
Beğendi
·
2023 3. kitabı
·
38 günde okudu
·
Okunma: 24 Mayıs 2023 16:46
Oxucusunda mövzu ilə bağlı fərqli baxış bucağı yaradacaq bir kitab. Bu kitabı ilk gördüyümdə yazarlarının ortaya tərəfli bir mövqe qoyub qoymadıqları məni düşündürmüşdü. Bunun üçün məndə kitabla bağlı bir az ilkin və kiçik ön araşdırma etmək zərurəti yarandı və bu araşdırma bu kitabı oxumağa başlamağımla nəticələndi. Dinlər, tanrılar - ümumən inanc sistemləri ilə bağlı olan kitabların bir çoxunda obyektivlik çox vaxt qeyri-sabit və ya zəif bir durumda olur. Bu kitabın isə ən yaxşı tərəflərindən biri məhz bununla bağlıdır. Belə ki, kitabın yazarları antropoloq Lionel Tiger və psixiatr Michael Mcguire ortaya çıxardıqları bu işdə hansı dinin doğru, hansı dinin yalan olduğu məsələsi üzərində köklənməkdən fərqli olaraq onları düşündürüb və araşdırmağa yönləndirən önəmli suallara cavab tapmaq istəyiblər. “Beyin niyə inanır ?” , “Fərd niyə inanmağa bu qədər meyillidir?”, “Dinə inanmaq onlarda hansı dəyişikliklərə səbəb olur?” Bu sualların cavablarını isə böyük təkamül keçmişi olan və mürəkkəb fəalliyyətə sahib bir orqanımızda - beynimizdə tapmağa çalışıblar. Kitabdan başa düşülən nədir? İnsanın təkamül keçmişi çox stressli bir dövrləri əhatə edib. Ac qalma, fiziki cəhətdən özlərindən daha güclü və təhlükəli olan digər canlılara yem olma, təbii fəlakətlərin qurbanı olmaq və bunun kimi başqa digər stress yaratma ehtimalı çox olan durumlar insanla hər zaman yaxın-yaxına olub. İnsanları ən çox narahat edən və stress yaradan daha bir vəziyyət isə qeyri-müəyyənlik olub. Bu qeyri-müəyyənlik yaradan durumlardan qaçmağın və ya bu məqamları özləri üçün mənalandırmağın yollarını axtarmağa çalışıblar. Beyin stressdən uzaq olmaq üçün gələcəyi azacıq da olsa müəyyənləşdirəcək konsepsiyaları(dinlər və bir çox inanc sistemləri kimi) yaradıb onlara inanmaq ehtiyacı
Tanrı BeyniMichael Mcguire · Alfa Yayıncılık · 2018162 okunma
9/10
·108 syf.··
Beğendi
·
2022 3. kitabı
·
3 günde okudu
·
Okunma: 16 Ocak 2022 00:19
"Nüvə müharibələri svilizasiyanın sonunu gətirə bilər!" Analtik fəlsəfənin qurucularından sayılan Bertrand Russel bu kitabında sivilizasiya üçün əsas təhlükə sayıla biləcək və ya başqa dillə desək soyumuzu məhv edəcək nüvə silahlarından (atom, hidrogen, kobalt bombaları) narahlıq duyaraq danışıb. Çox şahidi olduğumuz bilgisiz siyasət adamları və hökümət rəsmilərinin yalanlarla toplumu uçuruma apardıqlarını bu kitabda da görürük. Elmin sürətlə irəliləməsini insanlığın sonuna və yeganə evimiz olan planetimizə böyük zərbə vurmaq üçün istifadə etməyi planlayan hökümət nümayəndələri. Hansı ki, bu müharibə başlasa qaranlıqdan bu günə kimi gələn insanlığın özü ilə birgə bu dövrə kimi qoruyub saxladığı hər şeyin silinə biləcəyi, sağ qalan çox az insanın(xəstəlikli bir ömrü olan və xəstəlikli fərdlər dünyaya gətirən) yenidən bu qaranlığa qayıdacağını deyə bilərik. Russel təkmilləşən bilgimizi diqqətli və insanlığın faydası üçün istifadə etməyimizi, müharibə düşüncəsindən uzaq durmağımızı, (ələlxüsus da nüvə müharibələrindən) nüvə silah istehsalının birgə olaraq dayandırılmasını, gələcək nəsillərin yetişdirilməsində "millətin üçün məhv et, savaş və öl" psixologiyasını "sülhsevərək öyrən, yarat və paylaş" psixologiyası ilə dəyişməyimizi, qaranlıqdan aydınlığa gedən yolda insanlıq olaraq büdrəməmək üçün barış və bilgi içində çalışmağımızı qətiyyətlə bildirir.
Felsefe-Düşünce
İnsanlığın YarınıBertrand Russell · Yapı Kredi Yayınevi · 1998104 okunma
Puan vermedi·82 syf.··
Beğendi
·
2021 27. kitabı
·
29 saatte okudu
·
Okunma: 02 Temmuz 2021 17:42
Çox qısa bir incələmə Alman filosof bu kitabında cinsi münasibətləri öz fikirləri ilə şərh eməyə çalışıb. Kitabın bəzi yerlərində deyilənlərlə tam razılaşa bilmədim. Çünki söylənilən fikirlərin çoxu filosofun özünün də dediyi kimi nisbi xarakter daşıyırdı. Bununla belə 19 cu əsr üçün bu fikirlərin çıxması heyrətamiz sayılmalıdır. Və ən əsası kitabı oxuduqdan sonra bəzi sual doğuracaq məqamları ayrı ayrılıqda araşdırmaq fikrinə düşmək olur. Düşünürəm ki, bu da kitabın əsas təsir gücü sayıla bilər. Çalışaq suallarımızın cavabını tapmaqdan heç vaxt geri durmayaq.
Felsefe-Düşünce
Cinsi Sevginin MetafizikasıArthur Schopenhauer · Kosmo · 016,8bin okunma