“Fareler ve İnsanlar” kitabı 1930-cu ilin böhranlı amerikasında iş axtaran iki dostun yaşadığı hadisələri ələ alır.Corc və Lenni dolanışıq üçün fermalarda muzdarlıq edən,gəzginlərdir.Uzun müddət bir yerdə olmalarına baxmayaraq,iki ziddiyət təşkil edən xarakterə sahibdirlər.Lenni cüssəli amma saf,Corc isə əksinə,bəstəboy və ağıllı biridir.Lenninin yumşaq əşyaları oxşama istəyi,onun özü də bilmədən başına problem açır,Corc isə bu durumlardan baş çıxarmağa çalışır,və şəfqət duyğusu ilə Lenniyə həmişə sahib çıxır.Lenni də bunun fərqindədir və ən dəyərli varlığını Corc ilə dostluğunda görür.Ona qərar vermə mövzusunda güvənir və özünü sahiblənmək üçün ona təslim verir.
Yaşadıqları ayrı bir problemli hadisədən sonra başqa bir yerdə gəlib çalışmağa başlayırlar.Corc Lenniyə pul yığıb ayrı bir ferma açmaq barədə olan xəyalı danışır,Lenni isə fermada dovşan alıb onları oxşamaq istəyinə tutunurdu.Corc bu xəyaldan əmin deyil,amma Lenni bu xəyala çox güclü tutunur,Corcdan da tez-tez təkrarlamasını xahiş edirdi.
Lennidən fərqli olaraq çalışdıqları fermada tanıdıqları Croocks xarakteri xəyalpərəstlikdən uzaqdır.Lenni xəyalları barədə danışdıqda Croock ona dəli kimi baxırdı.Croock belə insanları çox tanıdığını,onların da eyni xəyalları qurub axırda heç nə əldə eləmədiyini söyləyir. Bunu insanların heç vaxt gedə bilməyəcəyi,amma haqqında bol-bol danışa bildikləri “cənnət” düşüncəsiylə bir tutur.
Corc hekayənin sonlarına yaxın anlayır ki,Lenni iıə qurduğu planlar artıq gerçəyə yaxın deyil.Ondan son ümidini də kəsir.Hekayənin sonunda Lennini öldürməsi ilə xəyal da sonlanır.
Ayrıseçkilik
Əsərdə toxunulan mövzulardan biri “ayrıseçkilikdir”.Ən bariz nümunə Crooks obrazıdır,qara dərili olduğuna görə digərlərindən təcrid olunmuşdu.
Cinsiyyət ayrıseçkiliyi olaraq Curlynin arvadı obrazını