"Bəyaz gecələr" Dostoyevski'nin 1848-ci ildə qələmə aldığı kitabıdır. Mənim isə Dostoyevskinin qələmi ilə tanış olduğum ikinci kitabdır. Həkayə xəyalpərəst gənclə, gözəl və ağıllı olan Nastenkanın 4 günlük tanışlığından bəhs edir. Kitabda baş qəhrəmanın adı haqqında məlumat verilmir. Ümumiyyətlə, onun şəxsi məlumatlarına toxunulmur. Yalnız davamli gəliri olan işdə işlədiyi və 27 yaşında olduğu bildirilir. Qəhrəmanın yaşıyla müəllifin yaşlarının uyğun olması da maraqlıdır)
Kitabın sonunda Nastenkanın başqa biriylə evlənməyi mənə Varvaranı xatırlatdı.
Kitabla ilk dəfə Friends filmində Joey və Monicanın söhbətində tanış olmuşdum. Uzun zamandır oxuma listemdə var idi, və nəhayət ki okudum.
Louisa Alcott'un avtobioqrafiyası kimi də qiymətləndirilir "Küçük Kadınlar". Lakin Marchlar ailəsində gördüyümüz ata obrazı ilə Alcottlar ailəsindəki ata obrazı fərqlidir. Bronson Alcottun işlərinə daha çox diqqət ayırması səbəbi ilə ailəsiylə münasibəti kitabdakı kimi bir- birilərinə bağlı olmamışdır. "Küçük Kadınlar" ın nəşri zamanı Bronson Alcott buna qarşı çıxmışdır. Nəşriyyat sahibi isə buna qarşılıq olaraq kitabın nəşrinə icazə verməzsə, həmçinin onun fəlsəfi kitabını da nəşr etməyəcəyini bildirir. Beləliklə, 1868 ci ildə kitab nəşr olunur.
Kitabda dörd fərqli xarakterə sahib olan bacıların macəralarını və özünü kəşf yollarını oxuyur. Oxuyarkən bu ailəni qısqanmamaq əlimdə deyil. Hazırladıqları tamaşalar, sahib olduqları dostluqlar, oynadıqları oyunlar eh eh..
Xüsusilədə, Bayan Marchın qızlarına verdiyini tövsiyələr, onlara müdaxilə etmədən yol göstərməsi ən sevdiyim və dəfələrlə oxuduğum hissələrdir.Kitabdakı Bayan March xəyalımda olmaq isdədiyim ana obrazını canlandırdığını oxuduğum zamanki zövq əvəzsiz idi.