Thememorybook

Thememorybook
@Fatime_s
21.07.2001, 21 Temmuz 2001
59 okur puanı
Mayıs 2020 tarihinde katıldı
Şu anda okuduğu kitap
Puan vermedi·225 syf.··
2025 4. kitabı
Yazardan oxuduğum ilk kitabdır. Kitabda mövzunun bəsit bir sevgi hekayəsi olmaması, fəlsəfə və psixiologiya ilə harmanlanması məni sevindirdi. Oxuduqdan sonra "mənim üçün sevgi nədir?" sualına verdiyim cavab üzərində bir daha düşünürəm. Bunun yanı sıra isə zaman zaman düşündüyüm, bəzən cavab tapdığım, bəzən isə tapa bilmədiyim düşüncələr zənciri ilə yenidən qarşılaşıram- "insanların psixiloqa ehtiyac duyduğu bir zamanda yaşayırıq. Və çox seçimimizin (mən nəzərdə tuturam sevgi) təməlində keçmişdən gələn travmaların yatdığı bizə söylənir(qatılıram) Bunu isə biz terapiya yolu ilə öyrənir və sağalırıq. Artıq münasibətlərimizdə düzgün seçimlər edirik və sağlam münasibət axtarışında oluruq. Sual da elə burada ortaya çıxır - BU SEÇİM SEVGİ (aşk) SAYILA BİLƏR Mİ?" Kitabın sonunda bu müvzuya da toxunulur, ən sevdiyim bölüm isə burası idi. Mən isə suallarıma cavabı tapdım. Seçimimizin fərqində olmaq sevgini kimə yönləndirməyimizə səbəb ola bilməz. Ağilli olmaqla, ağıllı davranmaq arasında olan fərq kimi. Travmalarımızı həll edərək doğru insanı seçə bilərik, amma sevgini tapa bilmərik.
Aşk ÜzerineAlain de Botton · Sel Yayıncılık · 20202,085 okunma
Reklam
5 Sevgi Dili
Puan vermedi·226 syf.··
2025 1. kitabı
·
20 günde okudu
·
Okunma: 20 Ocak 2025 22:48
İnsan münasibətlərinə dair oxudum ilk kitabdır və son olacağını düşünmürəm. Bu janra qarşı məndə maraq yaratdı. Kitabı münasibətimdə və daxilimdə problemlər yaşadığımı, çıxmazda olduğumu, düzgün analiz edə bilmədiyimi görən biri tərəfindən tanıdım. Yəqin ki o da yazarın dediyi “ Eğer elimden gelseydi, bu kitabı ülkemizdeki tüm evli çiftlere kendim verir ve şöyle derdim. Bunu sizin için yazdım! Umarım yaşamınızı değiştirir. Eğer bu olursa, kitabı başka birine verin” sözlərini ciddiyə alıb. Burdan ona təşəkkürlər :) Dr. Chapman insanın müxtəlif sevgi dillərinin olduğunu idda edir: kaliteli zaman, hizmet eylemleri, fiziksel temas, hediye almak, onaylayıcı kelimeler. Bütün insanlarda bu sevgi dilləri mövcutdur, lakin, biri daha çox önəm danışıyır. İnsanların sevgi dillərini bilməyimiz bizim üçün nə məna daşıyır? deyə düşünsək; münasibətlərimizin daha uzun ömürlü olmasına, sevgi verib həmçinin sevgi almağımıza, həyatı şikayət etmədən və hüzurlu yaşamağımıza kömək edə bilər. Səbəb isə sevgi depolarımız boşalıb və doldurulmağa çalışılmırsa,” sevgi deposu nədir?”bunu özümüzdə bilmiriksə məna verə bilmədiyimiz narahatlıq keçiririk. Kitabı oxuduqdan sonra daxilimdə baş verən cavabsız suallar, pis senarilər aradan qalxmağa başladı:) kitab yalnız kişi və qadın münasibətinə dair temalara toxunmur, həmçinin övlad və valideyn münasibətlərinidə əla alır. Bir sözlə oxumağa dəydi :)
İnsan ve Hayat
Beş Sevgi DiliGary Chapman · Koridor Yayıncılık · 201212,4bin okunma
Kiçik Pipin Böyük ümidləri
Puan vermedi·656 syf.··
2023 1. kitabı
·
51 günde okudu
·
Okunma: 16 Ocak 2023 21:52
Son zaman keçən soyuq havalarda mətbəximizdə yağlı çörək yeyəndə Pip və Conu xatırlayıram. Yağlı çörək yeməyə də Piplə tanış olduqdan sonra başladım :) "Böyük Ümidlər" Charles Dickensdən oxuduğum ikinci kitabdır. Adından da göründüyü kimi kitab balaca Pipin böyük xəyallarıyla olan çətin sinağından bəhs edir. Pip çətin şərtlərlə və şiddətlə böyüyən, lakin xəyal dünyası daim böyük olan uşaqdır. Bacısı Miss Qarceri Pipin həyatını çətinləşdirən və dözülməz edən, bərkə də oralardan çıxıb getməsinin əsas səbəblərindəndir. Məncə kitabın digər uşaq obrazı balaca Pipin yaxın dostu olan, onu hər zaman bacısından qoruyan, ürəyi mərhəmətlə dolu olan Codur. Pipin həyatının dönüm nöqtəsiysə qarşısına çıxan fürsətlə balaqlığı tərk etməsiylə başlayır. Yaxın dostu Codan ayrılır, xəyalları və Estallanın ardıyca böyük ümidlərlə gedir. Pip yeni həyatının onda sərxoşluq təsiri buraxmasıyla uşaqlıq dostu Conu unudur. Co onun kübar yeni həyatıyla ziddiyyət yaratmış olur. İsdər böyük əlləriylə, dəmirçi geyimiylə, isdərsə də yöndəmsiz hərəkətləriylə. Lakin əsərin sonunda Conu xoşbəxt görmək məni sevindirdi. Pipin arzuladığı kimi xəyalları gərçəkləşməsə də, puç oldu deməzdim. Bəs bu yola çıxmasaydı nə olardı? Bataqlıqda qalıb dəmirçi kimi həyatını davam etdirə bilərdi. Amma o zaman Codan sonra qazandığı Herbertlə tanış olma fürsətini itirərdi və özünü, kim olduğunu tapa bilməzdi. Pip, xəyalların puç olmadı, sadecə doğru olan bu idi. Sadə və aza qanə olmağı bacarmaq.
Dünya Klasikleri
Büyük UmutlarCharles Dickens · Can Yayınları · 201718,4bin okunma
Puan vermedi·218 syf.··
2022 5. kitabı
"Bəyaz gecələr" Dostoyevski'nin 1848-ci ildə qələmə aldığı kitabıdır. Mənim isə Dostoyevskinin qələmi ilə tanış olduğum ikinci kitabdır. Həkayə xəyalpərəst gənclə, gözəl və ağıllı olan Nastenkanın 4 günlük tanışlığından bəhs edir. Kitabda baş qəhrəmanın adı haqqında məlumat verilmir. Ümumiyyətlə, onun şəxsi məlumatlarına toxunulmur. Yalnız davamli gəliri olan işdə işlədiyi və 27 yaşında olduğu bildirilir. Qəhrəmanın yaşıyla müəllifin yaşlarının uyğun olması da maraqlıdır) Kitabın sonunda Nastenkanın başqa biriylə evlənməyi mənə Varvaranı xatırlatdı.
Edebiyat
Beyaz GecelerFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2024102bin okunma
Puan vermedi·328 syf.··
2022 3. kitabı
·
8 günde okudu
·
Okunma: 19 Mart 2022 20:26
Kitabla ilk dəfə Friends filmində Joey və Monicanın söhbətində tanış olmuşdum. Uzun zamandır oxuma listemdə var idi, və nəhayət ki okudum. Louisa Alcott'un avtobioqrafiyası kimi də qiymətləndirilir "Küçük Kadınlar". Lakin Marchlar ailəsində gördüyümüz ata obrazı ilə Alcottlar ailəsindəki ata obrazı fərqlidir. Bronson Alcottun işlərinə daha çox diqqət ayırması səbəbi ilə ailəsiylə münasibəti kitabdakı kimi bir- birilərinə bağlı olmamışdır. "Küçük Kadınlar" ın nəşri zamanı Bronson Alcott buna qarşı çıxmışdır. Nəşriyyat sahibi isə buna qarşılıq olaraq kitabın nəşrinə icazə verməzsə, həmçinin onun fəlsəfi kitabını da nəşr etməyəcəyini bildirir. Beləliklə, 1868 ci ildə kitab nəşr olunur. Kitabda dörd fərqli xarakterə sahib olan bacıların macəralarını və özünü kəşf yollarını oxuyur. Oxuyarkən bu ailəni qısqanmamaq əlimdə deyil. Hazırladıqları tamaşalar, sahib olduqları dostluqlar, oynadıqları oyunlar eh eh.. Xüsusilədə, Bayan Marchın qızlarına verdiyini tövsiyələr, onlara müdaxilə etmədən yol göstərməsi ən sevdiyim və dəfələrlə oxuduğum hissələrdir.Kitabdakı Bayan March xəyalımda olmaq isdədiyim ana obrazını canlandırdığını oxuduğum zamanki zövq əvəzsiz idi.
Edebiyat
Küçük KadınlarLouisa May Alcott · Türkiye İş Bankası Kültür Yayınları · 202019,5bin okunma
Reklam