İnsanı çətin həyat qocaldır. İçini didən paxıllıq qocaldır. Sevgisiz ürək, çox şey..Ən çox qocaldan şeylərdən biri də cəsarətsizlikdir. Dürüstlük, qorxmazlıq gənc saxlayır.
Siz heç çoxarvadlılıq mövzusunda xoş,sevincək zarafat etməyən kişi görmüsünüz? Çox az, çox-çox nadir. Onlar dörd arvadlılıq haqqında danışanda hədsiz xoşbəxt görünürlər. Onları çoxərlilik ənənəsi olan Tibetə ezamiyyətə yollamaq lazımdır. Bəlkə də qayıtmadılar.