İnsan ömrü boyu, görəsən, neçə vidalaşma yaşayır? Uşaqlıqla, yeniyetməliklə, gəncliklə, sağlamlıqla, səbirlə, ümidlərlə vidalaşmalı olursan. Bunların içində, məncə, ən ağırı - sevdiyin insanlarla vidalaşmaqdır. Fiziki baxımdan qopa bilərsən, amma qəlbin onlarla heç vaxt vidalaşmır. Bu, mümkün deyil.
Ümid insanın boğazına bağlanan sonsuz ip kimidir. İnsan bu ipin onu sürükləməsinə könüllü razı olur. Çünki bu, insanı həyata, yaşamağa bağlayan böyük bir qüvvədir.