Sən öz camaşırxananda”Qaynar bulaqlar”da arzuladığın qayda-qanunu qoymalısan.Vaxtından əlavə heç kəsi işlətməməlisən.Gecələr heç bir iş gördürməməlisən.Yaxşı zəhmət haqqı verməlisən.Heç bir vəchlə uşaqları işə götürməməlisən!Heç bir səbəbi nəzərə almamalısan!
Mən xəstəyəm,Ruf…
Yox,cismən yox.Mənim ruhum,beynim xəstədir.Mənim üçün hər şey mənasını,əhəmiyyətini itirmişdir.Siz yarım il bundan əvvəl gəlsəydiniz,hər şey başqa cür olardı!