Sebine Hesenova

Kafkanın kafası?
Puan vermedi·272 syf.··
Beğendi
·
2024 3. kitabı
·
7 günde okudu
·
Okunma: 19 Ocak 2024 20:09
Kafkanın kafasına Dönüşümdən, Babaya mektuptan bir növ bələd idim. Ancaq bu qədər absürdizm necə bir beynin məhsulu ola bilər ki? Bir də bu absürdizmin içində günümüz reallığını tam olaraq göstərmək, cümlələr içərisində əslində yaşamı bu qədər realist izah etmək amcaq Kafkanın işi olardı. Kitaba başlamazdan əvvəl heç bir incələməyə baxmamışdım, xəbərsiz idim. Yəni başlıqdan etibarən K. 'nın düşüncələri birəbir məndə də var idi. Kitabın yarısında ara verib mən nə oxuyuram deyə dayandım və kiçik araşdırma etdim. Sonra dedim "hə, Kafka oxuyursan" :)
2024 Okuma Raporları
DavaFranz Kafka · Karbon Kitaplar · 201963,9bin okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Tərcümənin önəmi
7/10
·250 syf.··
Beğendi
·
2023 2. kitabı
·
53 günde okudu
·
Okunma: 08 Mart 2023 07:47
Nietzsche sevdiyim fəlsəfə adamlarından biridir. Düşüncə tərzi, hadisələrə yanaşması mənim fikirlərimlə uyuşur. Daha doğrusu onun bir çox fikirlərini oxumuş biri olaraq bir növ öz düşüncələrimi tam olaraq adlandıra bilmişəm. Bu səbəbdən bir neçə kitabını aldım. Bu kitabı isə Azərbaycan dilinə tərcümə olaraq aldım. Təəssüf ki. Nietzsche onsuzda elə də asan oxunan biri deyil, ancaq bir tərcümə cümlələri, fikirləri bu qədərmi qarmaşıq hala gətirə bilər? Məncə bu tərcümə Dəccalı Dəccallıqdan çıxarar. Bu məsələyə önəm verilməsi lazımdır. Tərcümə kitab oxuyarkən ən çox yaşadığım problemlərdən biri olub. Bu səbəbdən kitabları türkcə alıb oxuyuram. Son dönəmdə yaxşı tərcümələr olduğu deyilir. Ümid edirəm elədir və daha da yaxşılaşar.
2023 Okuma Raporları
DəccalFriedrich Nietzsche · Hədəf Nəşrləri · 05,1bin okunma
Detalların valehediciliyi
10/10
·712 syf.··
Beğendi
·
2023 4. kitabı
·
4 günde okudu
·
Okunma: 29 Temmuz 2023 18:38
Dune kitabından xəbərim yox idi. İlk filmlə birlikdə marağım yarandı. Ondan sonra əsas 6 kitabı sifariş verdim. Ancaq ilk kitabı oxuyub bitirmək 2023-ə düşdü. İkinci filmi səbsizliklər gözləyirdim. Bu ay çıxacaqdı, amma təəssüf vaxtı uzadıldı. Bu da mənə digər kitabları oxumaq üçün əlavə fürsət yaratdı:) Kitabda isə nə yoxdur ki? Bir çox sahəyə aid detallılıq əslində kitabın necəliyindən xəbər verir. Oxuyan zaman səhifələrin necə axdığının fərqinə varmırdım. Əsas etibarı ilə Dünyamızın başına gələbiləcəkləri bir növ bizə göstərirdi. İnsanlığın öz başına açabiləcəyi oyunları Dune-un timsalında anlamaq olar.
2023 Okuma Raporları
DuneFrank Herbert · İthaki Yayınları · 202115,7bin okunma
Haradan gəldik?
10/10
·412 syf.··
Beğendi
·
2023 5. kitabı
·
16 günde okudu
·
Okunma: 16 Kasım 2023 20:36
"Haradan gəldik?" sualının bu qədər qısa və konkret cavablandırılmasını gözləmirdim. İlk səhifədə olan "tərif" deyə biləcəyim hissədə qeyd edilənlər mənə kitabı sevəcəyimi ən başdan göstərdi. İnsan mərkəzli tarixi bütün əsas detayları ilə bir kitabda öyrənmək mənim üçün böyük şans oldu. Tarixə olan marağım birəbeş artdı desəm yalan olmaz. İnsan təbiətin vəhşiliyi və eqoistliyi və o mükəmməl yaradıcılıq, zəka - bir heyvanın bundan artıq nəyə ehtiyacı ola bilər ki?
2023 Okuma Raporları
Hayvanlardan Tanrılara: SapiensYuval Noah Harari · Kolektif Kitap · 202342,6bin okunma