Kitab bir fikri aşılayır - yaşadığımız həyatın mühəndisi özümüzük. Hadisələrə, insanlara, düşüncələrə və ən başlıcası özümüzə necə münasibət bəsləyiriksə, bunun həyatımızın reallığı olması ehtimalını da bir o qədər artırmış oluruq. Lakin tək bununla qalmır, hiss etdiyimiz problemləri və fiziki ağrıları aradan qaldırmaq üçün özünəxas cümlələrlə də "köməyimizə çatır".
Bunu da qeyd etmək istəyirəm ki, bəzən səbəbi tapmaqda çətinlik çəkilən bir sıra problemlər olur ki, bunun da kökünə enəndə əsas faktorun ailə, mühit, valideyin olduğu əsasına gəlirik. Sağlam övlad yetişdirmək üçün ilk növbədə sağlam təfəkkürün vacibliyi də burada öz təsdiqini tapmış olur. Bəli, biz "qurbanların qurbanı" ola bilərik, amma bu psixologiyadan çıxmaq bizə qalıb.