Qəşəng qızım,ağıllı balam,bu gün 15 yaşın olur. Sənə ilk məktubunu yaza bilərəm. Artıq özünü də,məni də anlayıb,dərk edə biləcəyin dövrə qədəm basırsan. Düşüncələrin,fikirlərin,dünyaya baxışın getdikcə yerinə oturacaq,daha dolğun düşünüb,doğruya daha yaxın qərarlar verməyə başlayacaqsan.Ən əsası özünə yetinməyi biləcəksən. Bu yolda bir şeylər öyrənməkdən çəkinmə,fikir söyləməkdən,yeniliyə açıq olmaqdan qorxma,ən bəsit bir mövzuda kiçik də olsa,rəyin olsun. Və bunları edərkən də insanları incitmə,təvazökar ol,nəcib ol.Ədalət tərəzini əlindən heç vaxt yerə qoyma. Ən çox da özünə qarşı ədalətli ol.İçində işığı,gözəlliyi,yaxşılığı görmədiyin insanlardan uzaq ol ki,hüzurlu olasan. Güvən hissin tək istifadəlik olsun,sənə qarşı səhv edən təkrar edəcək,səni üzən,incidən təkrar edəcək və insanlar dəyişmir.Onların çoxu vaxt itkisidir,bunu o gözəl qəlbindən və ağlından çıxarma.
Həyatda hər şeyə hazırlıqlı ol,heç gözləmədiyin anda gözləmədiyin insanlardan səni məyus edəcək şeylər görəcəksən.Üzülmə,dünyanın sonu deyil. Bu,təmiz qəlblərin dünyadakı İMTAHANIDIR. Üzgün olanda ailənə sarıl,sevdiklərinə doğru istiqamətlənməyi özünə xatırlat hər zaman.Ən yaxın dostun ailən,ən yaxın sirdaşın mən olum.Ən cəsarətli halın mənim yanımda olsun,doğru bildiyin yoldan dönmə,düz bildiyin sözü əsirgəmə. Etdiyin səhvlərdə,ən kiçik sevinclərində belə əlindən tutacağımı bil.🌸
Qəlbinin nuru yolunu aydın edəcək,təmkinin səni qoruyacaq,əminəm. Özünəxas duruşun var,onu qoru. Mükəmməl olmağa çalışma,mükəmməl insanlardan,qüsursuz vəziyyətlərdən qaç. Çünki mükəmməl olan hər şeydə mütləq ki,qüsur vardır.
Daha çox oxu,daha çox inkişaf etdir özünü,kitabların içində it,ən yaxşı musiqiləri seç özün üçün,tək olanda rəqs et doyunca,bir - iki sətir şeir,bir - iki cümlə yazı yaz,düşüncələrini dəftərə köçür.