Siz lap küçədə dörd fəsil meyvə-tərəvəz satan alverçilər kimi qışqırırsınız.
- Lap yaxşı, bu ki çox yaxşı sənətdir - fəsilləri satmaq. İki xiyar, bir pomidor, 1 bahar... əla!
Mənim bayramlardan heç xoşum gəlmir - o belə fikirləşdiyindən sanki utanırmış kimi astadan dedi.
- Sizin də?
Yeni ildən isə heç danışmayın, o, Miladdan daha betərdir! Hansısa bir günün bayram olacağını əvvəlcədən axı necə müəyyən etmək olar? Kim bilə bilər ki, səhər yuxudan durduqda həmin gün səndə bayram əhvali-ruhiyyəsi olacaq, ya yox? Özünü xoşbəxt hiss etməyə, sevincli görünməyə məcbur etmək ikiüzlülükdən başqa bir şey deyildir.