İnsan geçmişinden mi kaçamaz yoksa zaaflarından mı?
Yoksa zaafların sebep olduğu geçmiş küçük bir kıvılcım mı bekler.
İnsan aklıyla doğru yolu bulup ruhunu kurtarabilir. Elbette günahla tanışacak ve mücadele edecek, zaman zaman çaresizliğe kapılacaktır ama savaşmayı bırakmadığı sürece Tanrı'ya ve ışığa bir adım daha yaklaşmış olacaktır.
- Bu dəfə başqa seçimim yoxdur.
- Elə deyil, var, seçim həmişə var: sən başqa yolu seçə bilərsən.
- Mənə məhəbbət dərslərini sən verəcəksən ?
Entoni diqqətlə qızına baxıb, kreslonu ona tərəf yaxınlaşdırdı:
- Sən balaca olarkən, demək olar ki, hər gecə nə etdiyin yadındadır ?
- Yorğanın altında fənər işığında kitablar oxuyurdum.
- Bəs nə üçün otağın işığını yandırmırdın ?
- Mən gizlincə çoxlu kitablar oxuduğum halda sənin yatdığımı düşünmən üçün.
- Bəs sən heç vaxt özünə sual etməmisənmi ki, səndə olan o fənər, görəsən, sehrlidirmi ?
- Y-yox... Bunu niyə etməliydim ki ?
- Sən o fənərin uzun illər ərzində, heç olmasa, bir dəfə söndüyünü gördün mü?
- Yox, - deyə Culiya fikrə dalaraq cavab verdi.
- Halbuki onun batareyalarını dəyişmək sənin heç ağlının ucundan belə keçməyib... Culiya, mənim əziz qızım Culiya, sən axı məhəbbət və sevgi haqqında nə bilirsən ?