Bulgakov digər əsəri Master və Marqaritada olduğu kimi burada da novatorluğunu bir daha sübüt edir. Hər iki əsərdə sistemə qarşı incə göndərişlər var və elə o səbəbdən də yazıçının əsərlərinin çoxu onun sağlığında çap olunmamamışdır.
Master və Marqarita kimi gözəl başlayan əsərin sonu məni məyus etsədə, (əsəri yazıçının ölümündən sonra xanımı tamalayıb) İt ürəyi əsərin bir o qədər möhtəşəm idi. Mütləq oxunmalı əsərlərdəndi.
Yox, nə fikirləşirsən, buradan heç bir azadlığa çıxmaq olmaz, niyə yalan deyim, mən ağa itiyəm, ziyalı varlığam, yaxşı həyatı dadmışam. Bir də ki azadlıq nədir? Elə-belə tüstü, ilğım, uydurma... Bu bədbəxt demokratların sayıqlaması...