Günel Həsənova

Günel Həsənova
öğretmen
Baku
24 Ekim
193 okur puanı
Aralık 2016 tarihinde katıldı
“Çocuklarınızı yetiştirmek için önce kendinizi yetiştirmeniz gerek. Aksi halde, hayvani ihtiyaçlarınız ya da yalnızlığınız ya da içinizdeki boşlukları doldurmak için çocuk sahibi oluyorsunuz demektir. Bir baba olarak göreviniz bir başka benlik, bir başka Josef değil; daha yüce bir şey üretmektir. Bir yaratıcı üretmektir.”
Reklam
Puan vermedi·492 syf.··
2020 2. kitabı
·
20 günde okudu
·
Okunma: 13 Şubat 2020 22:31
Rus klassiklərini oxumaq hər zaman mənə zövq verir. M. Şoloxun 4 cilddən ibarət olan “Sakit Don” əsəri sevdiyim klassiklər arasına daxil oldu, bunun əsas səbəblərindən biri əsərin 1200 səhifədən çox olması, bir ailənin həyatını gözlər önünə sərməsi, bu səhifələrin söz yığınından ibarət olmaması və oxucu kimi özümü hekayənin bir hissəsi kimi hiss etməyimdir. Əsərin adının niyə “Sakit Don” olması mənə çox maraqlı gəldi. Əvvəlcə məcazi mənada işləndiyini düşünsəm də, sonradan əsərin baş qəhrəmanının, yəni Qriqorinin, əsərin adı ilə eyniləşdirildiyini düşünürəm. Necə ki, Don yaz çağında aşıb-daşır, qış gələndə isə üzərini buz bağlayır, eləcə də Qriqorinin “yaz çağı”-nı onun “qış çağı” əvəz edir. Yazıçı oxucunun diqqətini məhz bu “qış çağı”-na çəkmək üçün adını “Sakit Don” qoymuşdur. Ümumiyyətlə, əsər Sovet hakimiyyətinin kazaklarla mübarizəsi şəraitində bir ailənin dramından bəhs edir. Hadisələr öz başlanğıcını 1914-cü ildən, Sovet hakimiyyətinin ilk illərinə qədər olan dövrü əhatə edir. Əsər müharibə dövründən bəhs etsə belə, müharibə səhnələri darıxdırıcı deyil, əksinə oxuyarkən hadisələrin qalxan-enən xətlə davam etməsi əsəri monotonluqdan xilas edib, daha rəngarəng edir. Əsərin əsas qəhrəmanları Aksinya və Qriqoridir. Aksinyanın acı talehi, evləndikdən sonra Qriqori ilə qarşılaşması, Qriqorinin ailəsinin təkidi ilə Nataliya ilə evlənməsi ilə bitmir, əksinə başqa insanların bədbəxt olmasına səbəb olur. Bəzən bu bədbəxtliklər yazıçının “ ilahi ədalət” arzusunu ifadə edərcəsinə buna səbəb olanların xoşbəxt yaşamasına imkan vermir.
Ve Durgun Akardı Don - 4. CiltMihail Şolohov · Evrensel Basım Yayın · 2001878 okunma
Puan vermedi·243 syf.··
2018 68. kitabı
·
5 günde okudu
·
Okunma: 16 Aralık 2018 21:55
Belinski demişdir ki, rus ədəbiyyatında psixoloji janrın əsasını qoyan Dostoyevski və Tolstoy Lermontov yaradıcılığından bəhrələnmişlər. Bunu Dostoyevskinin əsərlərindəki Lermonontov şeirləri də sübut edir. Həmçinin əsəri oxuyarkən xarakterlərin psixologiyasını ifadə edəən yazıçının təsir gücünü inkar etmək olmaz. Əsəri bitirdikdən sonra yazıçının başqa romanı olmamasına çox təəssüfləndim... Əsərin baş qəhrəmanı vecsiz, heç nəyə əhəmiyyət verməyən Peçorindir. O, hərbiçidir, və xidmətini Qafqaz dağlarında yerinə yetirir burada bir çox insanlarla tanış olur istər sevgi, istər dostluq, istərsə də düşman münasibətlər qurur. Ancaq bunların heç biri onun üçün əhəmiyyətli deyir. O, insanları sevməməyi öyrənib, əsərdə də qeyd olunur, " Mən bütün aləmi sevməyə hazır idim,- kimsə məni anlamadı: ona görə mən də hamını sevməməyi öyrəndim" Ancaq yenə də onun əsl sevgisi olan Veranı çox sevir, çünki o, bu dünyada Peçorini başa düşəcək yeganə insandı. O bağlılıq istəmir, yalnızca sevgi istəyir... Mən Peçorini müsbət qəhrəman kimi qiymətləndirirəm (daha fərqli düşünənlər ola bilər) ona görə ki, o vicdanlıdır. Ona yalan satan dostunun bundan vazgeçəcəyini görsə onu bağışlamağa hazırdır. O insanlara bağlanıb onları incitməkdənsə onlardan uzaq durur. Ancaq görəsən hansı çətindir? Peçorin həyatı öz qanunları ilə yaşayır. Heç kimi aldatmır. Elə bu səbəbdən yazıçı ona "Zəmanəmizin Qəhramanı" deyib. Ancaq Peçorin həm də "Bütün zamanların qəhrəmanıdır”
Zamanımızın Bir KahramanıMihail Yuryeviç Lermontov · İletişim Yayınevi · 20235,5bin okunma
Uçmak istiyorsunuz, ama uçmaya uçmakla başlayamazsınız. Size önce yürümesini öğretmek zorundayım ve yürümeyi öğrenmenin ilk adımı, kendi kuralları olmayan insanın başkaları tarafından yönetilmek zorunda kalacağını anlamaktır. Başkalarının kurallarına uymak, insanın kendisini yönetmesinden çok, hem de çok daha kolaydır.

Günel Həsənova

, bir kitap okudu
Puan vermedi·60 syf.·
2021 12. kitabı
Fyodor Dostoyevski
7.7/10 · 4.003 okunma
Reklam