İnsanlığın saysız-hesabsız hekayəsinin içərisində mənim də öz hekayəm var. Alıb-verdiyim hər nəfəs, atdığım hər addım hekayəmin cümləsi, nöqtəsi, vergülüdür. Bəzən həyat hekayəmdəki cümlələri bir-birindən üç nöqtəli sükutlar ayırır, bəzən həyatıma suallar daxil olur, bəzən də ağır və gözlənilməz nidaların zərbəsi altında əzilirəm.
- Məncə, hər kəsin həyatında bir Dan ulduzu olmalıdır, - dedim. - Elə bir ulduz ki, onun yoluna işıq saçsın, əlindən tutub qaranlıqlardan çıxartsın. Şərt deyil ki, bu ulduz səmada parıldayan ulduzlardan olsun. Ulduzlar təkcə səmada olmur, Yer üzünün də öz ulduzları var... və mən xoşbəxtəm ki, o ulduzlardan biri də mənim həyatıma doğub.