Ayşə Həsənova

Ayşə Həsənova
Baku State University
Azerbaijan, 17 ağustos 2001
69 okur puanı
Temmuz 2021 tarihinde katıldı
Sanki… Her şeysin.
Hayat
Reklam
Səni sevmək üçün gəldim dünyaya.
Çöldə çiçək oldum, çəməndə naxış, Şimşəkdə od oldum, buludda yağış. Sirli bir göz gördüm, nurlu bir baxış, Çevrildim çeşməyə, qarışdım çaya, Səni sevmək üçün gəldim dünyaya.   Mən min il əvvəldə gələ bilərdim, Min ildən sonra da ölə bilərdim. Zamanı başqa cür hesablayardım, Vaxtı başqa cürə bölə bilərdim. Düşüb sən doğulan həftəyə, aya, Səni sevmək üçün gəldim dünyaya.  
Şiir
Gözəl gözlərindən ötrüdür.
Atilla İlhan deyir ki; Ağzımın dadı yoxdursa, xəstə kimiyəmsə, boğazımda ilişirsə sözlər, buludlardan nəm qapıramsa, inan gözəl gözlərindən ötrüdür.
Edebiyat
Əsgər məktubunun cavabı çətin, Əsgər məktubunun cavabı asan. Yetişməz əsgərə söz məhəbbəti, Yetişməz, sözlərin əsgər olmasa. Yaxşıyam deyirsən, görən həqiqətən yaxşısanmı? Necə keçir gecələrin, necə açılır səhərin. Kim bilir deyə bilmədiyin nə qədər söz var… Kim bilir nələrə dözürsən, necə çətin günlərdən keçirsən… Çox şey var, susursan. Sən danışmağı sevmirdin bilirəm. Bəs darıxırmırsanmı? Mən elə darıxmışam ki, çətin çox çətindi sənsiz. Deyiləcək çox söz var, amma susmaq gərək… Ev səssiz, otaqlar boş, günlər sıxıcı; hər küncdə yerin görünür cənab əsgər…
Hayat
"Deyirlər məhəbbət xariqələr yaradır, nə bilim, bəlkə də belədir" "Görüş" filmi :)
Film