Sevgi iki insanın eyni hissi yaşaması, eyni sevinci, eyni ağrını bölüşməsidir, məncə. Birgə nəfəs almaq , bir-birinin qəlbinin səsini dinləməkdir sevgi. Əgər aramızda həqiqi sevgi varsa, bu bizə bəs edəcək. Bir gün bir-birimizə deməyə sözümüz olmazsa, əmin ol ki, bu zaman qəlblərimiz danışacaq.