Jasmin Aliyeva

Jasmin Aliyeva
@JasminKhan
“ 𝑴𝒆𝒎𝒆𝒏𝒕𝒐 𝒕𝒆 𝒉𝒐𝒎𝒊𝒏𝒆𝒎 𝒆𝒔𝒔𝒆 „
güzellik uzmanı (cosmetologist)
Tıp koleji
Azərbaycan
Azərbaycan, 26 Aralık 1996
11 okur puanı
Nisan 2022 tarihinde katıldı
Puan vermedi·1308 syf.··
2023 1. kitabı
Bu kitab bizlərə şeytanın yaxud şeytan deyə adlandırdığımız anlayışın nələrdən ibarət olduğunu izah edir.Əsərin ilk hissələrində hadisələr daha canlı,oxunaqlı davam edir,müəyyən hissəyə çatanda əvvəlki süjet məni o qədərdə açığı həyəcanlandırmadı,lakin sonlara yaxın insanın öz xəyalları,susqunluğu,reallığı qəbul etməməsi nəticəsində işlərin tamam dəyişməsi romanı mənə sevdirdi Həqiqətən həyat da belə deyilmi?,tək reallıqla yaşamaq olmadığı kimi,tək xəyallarla(xülyalarla)yaşamaq olmur.Hər ikisinin harmoniyasını tapa bilmək,ən azından cəhd etmək,öyrənmək lazımdır. Danışmaq lazım olduqda susduğumuz,susmağımız lazım olanda danışdığımız üçün,yaşanan hadisələr,reallıqlar qarşısında özümüzə cavab verə bilmədiyimiz,məsuliyyət götürə bilmədiyimiz üçün itiririk bəlkədə... Bəhanələri,aldanışları kənara qoyaraq insanın içində şeytan olmadığını,o şeytanın elə özümüz olduğunu qəbul etməliyik.İndiki halımızın səbəbkarı da,hadisələrin qəhrəmanı da şeytan yox,özümüzük... Oxuyacaq olan hər kəsə xoş mütaliələr
İçimizdeki ŞeytanSabahattin Ali · Yapı Kredi Yayınları · 2015208,7bin okunma
Jasmin Aliyeva
Əsərin birinci yarısında düşüncələrinə görə Ömərdən ümidli idim, lakin qızın həyatını məhv etməkdən başqa bir şey etmədi. Yenə bir kişi zəifliyi və acizliyi ilə qarşı-qarşıya gəldik. Bundan başqa məni qıcıqlandıran şeylərdən biri də Macidənin başqa qızlara lağ etməsi idi. Digər qızları geyiminə qədər qınayır, lakin əslində isə onlara içdən-içə paxıllıq edir. Eynilə özü elə olmaq istəyib ola bilməyən və hər kəsi qınayan qadın (kişi) tipləri kimi. Bundan başqa Macidə hər kəs tərəfindən o qədər böyüdülür ki, əsərin sonuna qədər qadından bir hərəkət, öz həyatı üçün mübarizə gözlədim, lakin təəssüf ki yenə aciz bir qadın obrazı ilə rastlaşdım. Əsərin son anına qədər yalnız bir kişiyə sığınmağa başlayıb, bir basqasına sığınması ilə bitirdi. Yəni ən son anda belə özünü əzdirməkdən çəkinmədi. Hələ utanmaz şəkildə onu təhqir edən qadının qardaşının qoluna girib yola davam etdi və qadının ona dediklərini udub gülümsədi. Halbuki təhsilini davam etdirə, çalışa, öz həyatı üçün mübarizə apara bilərdi. Lakin həyatının hər anında təriflənən, hər kəsdən yüksək görülən Macidə xanım əsla işləmədi, təhsilinin dalınca getmədi, yalnız onu-bunu qınadı, aşağıladı, sonra da gedib yenə bir başqa kişinin qanadları altına girdi.
Reklam
" Kız arkadaşlarım benimle ahbaplık etmeyi ve fikirlerimi kabul etmeyi zevklerine ve rahatlarına aykırı buldular. Hoş tutulan bir oyuncak olmak, onlara insan olmaktan daha kolay ve cazip geliyordu. "
Hayat ve İnsan
Kahlan Amnell isimli okura yanıt verildi
Jasmin Aliyeva
Bizimki de dahil