Sevdiyi iş uğrunda sağlamlığını və ən sonda həyatını itirən Vinsent Van Qoq...
Həyatının cəmi 37 ilini yaşaya bilmiş və öz istəyi ilə sonlandırmış rəssam, insanlara sadəcə dəyəri milyonlarla ölçülən rəsm əsərləri deyil, eyni zamanda öz həyat hekayəsini də miras qoydu.
Sevdiyi iş uğrunda qızğın səylə vuruşmağı, bəzən "dəli" adlandırılmağı, ətrafdakı digər rəssamlar tərəfindən qəbul olunmaması, hər addımda işlərinə olan inamsızlığı dilə gətirməkləri, onu rəssam adına layiq görməyənlərin "bu işin daşını at" deməkləri, sevdiyi qadınlar tərəfindən rədd edilməkləri, heç vaxt övlad sahibi olmaması və faciəvi son...
Ömrünün sadəcə 7 ilini rəssamlıqla məşğul olan, öz istedadını gec kəşf edən rəssam, ömrünün sonlarına doğru o qədər şövqlə və ehtirasla, gecə-gündüz demədən işləyir ki, rəsm əsərlərinin bir çoxu da məhz ömrünün son illərinə təsadüf edir.
Kitabı oxuyarkən Vinsentlə bərabər, onun qardaşı Teo Van Qoqa da heyrət və hörmət etdim. Teo Vinsentin kiçik qardaşı və ən yaxın dostu idi. Vinsenti həyatının sonuna qədər maliyyə cəhətdən dəstəkləyən, rəssam olaraq yetişməsi üçün hər şəraiti yaradan Teo idi. Hətta Vinsent intihar etdikdən sonra depressiyaya düşür və Vinsentin ölümündən cəmi 4 ay sonra vəfat edir.
Xəstəliyinin təzə-təzə baş qaldırdığı bir zamanda öz qulağını kəsən Van Qoq, o zamanlar insanların gözündə ən dəhşətli və təhlükəli dəli idi. İnsanların vicdansızlığı onların övladlarına da sirayət etmişdi. Uşaqlar hər gün Van Qoqun evinin altına yığışıb, onu səsləyir, söz atır, mahnılar oxuyur, "O biri qulağını da kəs" deyir, ona mənəvi zülm edirdilər.
Buna dözməyə çalışan rəssam uzun müddət dözsə də ən sonda özündən çıxır və elə ilk dəfə orda epileptik tutması ilə özündən gedir.
Ya həbsxanada, ya da dəlixanada ömür keçirməli idi və onun qərarı dəlixanaya getmək