Salam yoldaşlar. Sizə bu dəfə Uilyam Folknerin - Avqust işığı romanından danışmaq istəyirəm. Pulitzer və Nobel mükafatlı Folknerin bu əsərində siz bir neçə personajın həyatının dərinliklərində özünüzü tapırsız. Əsəri oxuyarkən insanlığın düşə biləcəyi ən qəribə, ən iyrənc hallarla qarşılaşmaq olur. Qaradərililərə qarşı irqi ayrı seçkilik isə möhtəşəm təsvir olunub. Əsərdə siz uşağının atasını axtaran Lina, ona köməy etməyə çalışan Bayron Banç, avara sərgərdan həyatı keçirən Co Braun və ya Lukas Berç, zənci adlandırılıb həmişə uzaqlaşdırılan Kristmas və digər personajların həyatını yaşayırsız sanki. Şiddətli şəkildə oxumağı tövsiyə edirəm. İrqi ayrı seçkiliyin belə mükəmməl təsvir olunduğu bir əsərlər hələ rastlaşmamışdım.
Mən bilən, qadınlar xeyirxah olmaqdan daha çox gözəldirlər. Kişilər- bəlkə də, qadınlarsa- yanlız çirkin qadın xeyrxahlığa ehtiyacı olan digər qadına yaxşılıq eləyər.
Bütün qadınlar belədi. Bunun özü elə fürsət düşən kimi öz doğma bacısının ayağını qazıyar, amma bax, tək-tənha, heç nədən utanıb çəkinmədən el yolunda sərgərdan gəzir. Çünki bilir ki, insanların. Kişilərin ona yazığı gələcək. Qadınlar vecinə də, deyil. Zira bunu- ‘yük’ belə adlandırmaq istəmədiyi şeyi onun başına qadın gətirməyib. Bəli belədi qardaş. Bunlardan biri ərə getdimi, yaxud ərə getməmiş belə bir yükə sahib oldumu, dərhal qadın irqindən uzaqlaşıb, ömrünün axırına kimi kişi tayfasından yapışmağa can atır. Elə buna görə də, onlar tənbəkiyə meyllənir, siqaret çəkir və tütün iyləyit, elə buna görə də, səs vermək hüququ tələb etməyə başlayırlar.
Kişi, Bütün kişilər. Yaxşılıq eləmək üçün əlinə düşən yüz fürsəti, bir dəfə ilişmək, istənilməyən yerə, istənilməyən şeyə ilişmək fürsətini bada verəcək. Zəngin olmaq, ad-san qazanmaq, xeyirxah iş görmək, bəzən hətta ziyankarlıq etmək üçün