Bir kez kendini bulmuş olan kişinin bu yeryüzünde yitirecek bir şeyi yoktur artık. Ve bir kez kendi içindeki insanı anlamış olan bütün insanları anlar.
Hər kəs həyatın çətinliklərindən və məşəqqətlərindən şikayət edir,lakin heç kim nəsə etmək istəmir.Hamı böyük işlər, böyük insanlar və böyük xoşbəxtliklər arzusundadır, camaat gözləyir ki,bütün bunları kimsə edəcək.Ancaq demək olar ki,heç kim özünün və cəmiyyətin inkişafı üçün bir şey etmir .İnsanlar vergi vermək istəməyən vicdansızlara oxşayırlar.
Uşaqları böyüyüb cavan oğlan və yeniyetmə qız olanda onların gələcəyi haqqında xoş xəyallar qururlar.Oğullarını mühəndis ,həkim,ticarətçi,məmur və ya yaxşı bir peşə sahibi olmasını istəyirlər.Qızları üçün isə varlı həyat yoldaşı axtarmağa başlayırlar.Övladlarının ancaq dolanışığını, var-dövlət sahibi olmasını,maddi cəhətdən yaxşı yaşamasını istəyirlər.Və bununla valideynlik vəzifəsini layiqincə yerinə yetirdiklərini sanırlar.