-Yazıq qızcığaz, sən indiyə kimi anlamadın ki, kainatda bir rejissor var, o da Allahdı.Biz hamımızsa təhkim olduğumuz tamaşaya cüzi dəyişikliklər belə etməyə ixtiyarımız çatmayan aciz aktyorlarıq.
Eşqdir mehrabı uca göylərin.
Eşqsiz ey dünya nədir dəyərin?!
Eşq düşsə daşında qəlbinə əgər,
Göhvərdən özünə məşuq düzəldər.
Maqnit olmasaydı, eşqin əsiri
Çəkməzdi özünə dəmir zənciri.
Çətin günlər geridə qalmış, istənməyən xatirələr unudulmuşdu.Xoşbəxtliyə toxunacaq qədər yaxın, qorxulardan düşünülməyəcək qədər uzaq adam "Günəş doğacaq" deyərkən qaranlıq çökdü.Alovlanan ümid məşəlləri kiçik qığılcımlar tək söndü.Zülmət sabaha dair bütün xəyalları korluğa gömdü..